İlin ilk 6 ayında Mərkəzi Bank hərraclar vasitəsilə valhyuta bazarında 757 milyon dollar satıb.
Teleqraf xəbər verir ki, bu fikirləri Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2024-cü ilin 6 ayında hərraclar vasitəsilə 3,8, ötən ilin eyni dövründə isə 2,7 milyard dollar satılmışdı:
"Kifayət qədər kəskin azalma var. Aprel ayının 1-dən 34 hərrac keçirilməli idi.Cəmi 23 hərrac keçirilib. 11 hərracda cəmi 242 milyon dollar hərrac vasitəsilə satılıb".