Trampın açıqlamalarından sonra neft ucuzlaşdı

Brent markalı neftin fyuçerslərinin qiyməti 4% düşüb.

Teleqraf xəbər verir ki, buna səbəb kimi, ABŞ Prezidenti Donald Trampın bu gün İrana planlaşdırılan zərbələri ləğv edəcəyini açıqlaması göstərilir. .

Daha öncə İran Silahlı Qüvvələrinin Hörmüz boğazını tamamilə bağlamaq qərarına gəldiyini açıqlamasından sonra Brent markalı xam neftin qiyməti 2,58% artaraq barrel üçün 95,50 dollara çatmışdı. Amma Trampın məlum açıqlamasından sonra qiymətlər 89,65 dollara düşüb.