Turizm sektorunda etik kodeks hazırlanıb
20:47 15.01.2020
İqtisadiyyat
711
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan turizm sektoru nümayəndələrinin etik kodeksi ictimaiyyətə təqdim olunub. 10 maddədən ibarət olan tövsiyə xarakterli sənəddə ümumi turizm qaydaları və etik normalar öz əksini tapıb.
Assosiasiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan etik kodeksin turizm sektorunun bütün nümayəndələri o cümlədən turistlər üçün nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, sənəddə turistlərin düzgün qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi, turistlərin təhlükəsizliyi və məmnunluğunun təmin edilməsi öz əksini tapıb. Bundan başqa, turizm prosesi iştirakçılarının vəzifələri, turistlərin və turizm subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsinə də xüsusi yer ayrılıb. Rüfət Hacıyev, eyni zamanda turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün assosiasiyaya üzv olan agentliklərlə müştərilər arasında mütləq formada ikitərəfli müqavilə imzalanacağını da diqqətə çatdırıb. O bildirib ki, tərəflər arasında imzalanacaq vahid sənəd turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək.
Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid də iştirak edib. Azərbaycana səfər edən turistlərə düzgün və keyfiyyətli xidmət göstərilməsinin vacibliyinə toxunan Florian Zenqsşmit bu sahədə mövcud olan bəzi problemlərin həllində etik kodeksdən istifadənin fayda verəcəyini deyib. O bütün turizm iştirakçılarına bu kodeksdən yararlanmağı tövsiyə edib. Sonda Rüfət Hacıyev Azərbaycanın turizm bazarında fəaliyyət göstərən subyektlərə müraciət edərək öz fəaliyyətlərində ölkənin ümumi turizm maraqlarına xidmət edən bu etik normaları nəzərə almağa çağırıb. Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvlərinə üzvlük sertifikatları da təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya