“Türk lirəsinin ucuzlaşması Azərbaycanda qeyri-neft sektorunu, istehsalı bitirəcək”
Yusif Nəzərli
08:48 21.12.2021
İqtisadiyyat
419
İqtisadçı: “Azərbaycanın ikinci prioritet sahəsi olan turizm də inkişaf etməyəcək”
“Qardaş Türkiyədə baş verənlərin bizə təsiri nədən ibarətdir? Məni bu məsələ daha ciddi düşündürür”. Bu barədə iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, indiki məzənnə ilə dolların 16 lirə olmasını və bunun son olmayacağını, o cümlədən Azərbaycan-Türkiyə arasında yeni 15 anlaşma imzalandığını nəzərə alsaq lirənin ucuzlaşması Azərbaycanda qeyri-neft sektorunu, istehsalı bitirəcək: “Onsuz da bu sahələr çox zəif idi, indi isə tamamilə mənasız olacaq.
Məsələn, belə məzənnə ilə Azərbaycanda tekstil sahəsini yaratmaq mümkün deyil. Bizdə istehsal Türkiyədən idxaldan 2-3 dəfə baha başa gələcək. Azərbaycanın ikinci prioritet sahəsi olan turizm də inkişaf etməyəcək. Bölgədə əsas turizm rəqibimiz Türkiyədir, çünki bazar hədəflərimiz eynidir. Pandemiya bitəndən sonra sərhədlər açılanda Türkiyənin gözəl turizm infrastrukturuna, tarixinə və ən əsası, qiymətlərinə görə çox cəlbedici olacaq. İndinin özündə belə yeni ili 1 günlük Şahdağda keçirmək istəyən 4 nəfərlik azərbaycanlı ailə həmin pulla Türkiyədə 7 gün kef çəkə bilər. Qısası, Türkiyədə lirənin ucuzlaşması bizə ciddi təsir edir və edəcək. Bizdə də manatın alıcılıq qabiliyyəti “ölür”. Əgər məzənnə indiki kimi qalsa, ölkədə nəsə istehsal etmək, turizmə bel bağlamaq mənasız işə çevriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya