Türkdilli dövlətlərin anlaşma memorandumu:“İqtisadi əlaqələr genişlənir”
Fidan Həmişəyeva
14:28 10.09.2021
İqtisadiyyat
719
Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə türkdilli ölkələr arasında müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb. Türkiyənin ticarət naziri Mehmet Muş deyib ki, türkdilli ölkələrin əhalisinin sayı 160 milyon nəfər, illik iqtisadiyyatının ümumi dəyəri isə 1,1 trilyon ABŞ dollarıdır.
Türkiyəli nazir Azərbaycanla imzalanmış və bu ildən qüvvəyə minmiş preferensial ticarət sazişi barədə də danışıb və oxşar sənədin Özbəkistanla da imzalana biləcəyini deyib:
“Özbəkistanla danışıqlarımızı bu il başa çatdırmağı düşünürük. Cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, milli valyutada ticarətə iş adamlarının etibarının olması üçün mərkəzi banklar və hökumətlər güvənli addımlar atmalıdır”.
Sözügedən sənədlə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Ruslan Atakişiyev bu tipli sazişlərin imzalanmasının dünya praktikasında geniş yer aldığını qeyd edib:
“Məsələn, Ərəb İnvestisiya Fondu, Asiya ölkələrində İnvestisiya üzrə İnkişaf Bankı, eyni zamanda İslam Əməkdaşlıq Təkilatı var. Bu kimi təşkilatlar əslində region ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsi, onlar arasında ticarət dövriyəsinin artması üçün vacib rol oynayır.
Eyni zamanda region və mədəniyyət baxımınından yaxın olan ölkələr bir-biriləri ilə daha çox iqtisadi inteqrasiyada olmaq üçün belə görüşlərdə iştirak edir və bu tipli memorandum imzalayır.
Türk dünyası ölkələri arasında da bu tipli sənədlərin imzalanması həmin dövlətlərin iqtisadi dayanıqlılığı baxımından çox əhəmiyyətlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm