Vüqar Bayramov: 100 ən çox vergi ödəyicisinin adı açıqlanıb
Yusif Nəzərli
02:40 19.02.2025
İqtisadiyyat
724
"Növbəti siyahıların "qeyri-neft" və "qeyri-dövlət"lərə qruplaşdırılması məqsədəuyğun olardı"
"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Məlumatın açıqlanması könüllülük prinsipinə əsaslansa da, belə siyahının elan edilməsi şəffaflığın artırılması baxımından təqdirəlayiqdir və müsbət haldır". Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, oxşar praktika əksər dövlətlərdə tətbiq olunur:
"Bir sıra ölkələrdə bu, imperativ xarakter daşıyır. Belə siyahının açıqlanması eyni zamanda hansı şirkətlərin daha şəffaf olması və eləcə də onların ölkə iqtisadiyyatına töhfələrini müəyyənləşdirmək baxımdan vacib idi. Əksər inkişaf etmiş ölkələrdə, bu, həmçinin istehlakçıların davranışına da təsir göstərir: istehlakçılar daha şəffaf şirkətə üstünlük verir. Dövlət Vergi Xidməti tərəfindən növbəti siyahı açıqlanan zaman ümumi yüzlük deyil, siyahıların "qeyri-neft" və "qeyri-dövlət"rə qruplaşdırılması məqsədəuyğun olardı. Vergi güzəştlərində bu anlayışlardan istifadə olunduğu üçün siyahı hazırlanan zaman həmin meyarların nəzərə alınmasına ehtiyac var".
Parlament üzvü qeyd edib ki, digər tərəfdən, Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Gömrük Komitəsi vasitəsilə vergi ödəyiciləri üçün də uyğun siyahıların hazırlanması məqsədəuyğun olardı: "DSMF-yə ödənişlər üzrə ilk yüzlüyün açıqlanması hansı şirkətlərin sosial təminata daha çox töhfə verdiyini göstərə bilər. DGK vasitəsilə ödənişlərdə ilk yüzlüyün elan edilməsi isə o sahədə şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Belə siyahıların elan edilməsi vergi ödəyicilərini də daha şəffaf işləməyə stimullaşdırar və vergidən yayınma hallarını azaltmış olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi