"Yeni texnologiyalar yeni dinamizmə, tərəqqiyə, rifaha xidmət edir" - Aydın Hüseynov
Şəymən Bayramova
09:45 26.05.2020
İqtisadiyyat
1073
“Signify” kimi şirkətlərin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizin nüfuzu, əlverişli biznes və sərmaye mühitinin olması ilə əlaqədardır.
Bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılan addımları isə Azərbaycanda aparılan islahatların nəticəsi kimi qiymətləndirmək olar.
Son iki ildə Azərbaycanda genişmiqyaslı kadr, struktur, iqtisadi, sosial islahatlar aparılır. Bu isə “Signify” kimi şirkətlərin Azərbaycana verdiyi önəmin səviyyəsini daha da artırır. Əməkdaşlığın genişlənməsinin səbəblərindən biri də odur ki, Azərbaycan dövləti müasir texnologiyalara, innovativ resurslarla inkişafı qarşısına məqsəd qoyub.
Millət vəkili Aydın Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanda ağıllı sistemlərin tətbiqi ilə bağlı gördüyü işlər ölkənin inkişafında keyfiyyətcə yeni mərhələ olacaq.
Söhbət zamanı deputat ölkə rəhbəri ilə "Signify" şirkətinin rəhbərləri arasında keçirilən videokonfrans zamanı belə layihələrin ölkəmizin inkişafı istiqamətində müstəsna əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. Həyata keçiriləcək layihə çərçivəsində bu il sentyabrın sonunadək Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və bu sistemin işə salınması elektrik enerjisindən hazırkı istifadəni təxminən 50 faizədək qənaət etməyə imkan verəcək. İşıqlandırmanın ən son yenilikləri Bakıda tətbiq olunacaq. Xüsusi vurğulamaq lazımdır ki, Sumqayıt şəhərində küçələrin işıqlandırılması ilə bağlı qiymətləndirmə prosesi başlanılıb və bu, "Ağıllı ölkə" layihəsinin icrasında mühüm komponent kimi nəzərdən keçiriləcək.
Millət vəkilinin sözlərinə görə, ölkə rəhbəri tərəfindən aparılan islahatların nəticəsidir ki, "Signify" və "CISCO" kimi dünya miqyaslı şirkətlər hazırda Azərbaycanla əməkdaşlıq edir və ölkəmizdə ən qabaqcıl texnologiyaların tətbiqi üçün real fəaliyyət göstərirlər. Yeni texnologiyalara tam açıq olan və innovativ ideyaların tətbiqində çevik addımlar atan Azərbaycan bu məsələdə qabaqcıl ölkələrin mövqeyinə yüksəlib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni texnologiyalar yeni miqyasa, dinamizmə, tərəqqiyə, yeni iş yerlərinə və ümumi rifaha xidmət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi