
Qaliblər arasında cəmi bir xanım var: “Yüksəliş”in nəticəsi...
Yusif Nəzərli
01:45 30.07.2025
Aktual
557
Uşaqlıqdan liderlik bacarığı oğlanlarda daha çox təşviq edilir, halbuki qızlarda da eyni potensial var
Azərbaycanda qadınların dövlət strukturlarında az təmsil olunması gender bərabərliyi, demokratik idarəetmə və sosial inklüzivlik baxımından mühüm problem kimi dəyərləndirilir. Bu məsələ, son illərdə müxtəlif platformalarda ciddi müzakirə mövzusuna çevrilib. Qeyd edilib ki, qadınların dövlət strukturlarında az təmsil olunması, onların qərar qəbul etmə proseslərinə tam şəkildə cəlb olunmamasına səbəb olur.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin beşinci “Yüksəliş” müsabiqəsinin mükafatlandırma mərasimində səsləndirdiyi fikirlər bu baxımdan xüsusilə diqqətəlayiqdir. O, qaliblər arasında yalnız bir qadının olmasını təəssüflə qeyd edərək, ADA kollektivində qadınların daha aktiv olduqlarını bildirib və dövlət sektorunda qadınların sayının artırılmasını təklif edib. Bu çıxış bir daha sübut edir ki, gender bərabərliyinin təmin olunması yalnız sosial ədalət deyil, həm də səmərəli idarəetmə üçün vacib şərtdir.

Sabiq millət vəkili, təhsil eksperti Sona Əliyeva da bu məsələyə münasibət bildirərək qeyd edib ki, "Yüksəliş" müsabiqəsində qaliblər arasında cəmi bir xanımın olması onu da çox təəssüfləndirib. O, Sherg.az-a açıqlamasında qeyd edib ki, ADA Universitetinin rektoru professor Hafiz Paşayevin bu məsələyə diqqət çəkməsi cəmiyyət üçün bir mesaj xarakteri daşıyır:
“Düşünmək lazımdır, niyə bu qədər istedadlı, savadlı və bacarıqlı qadınlarımız olduğu halda, liderlik mövqelərində onların sayı azdır? Bu sadəcə, fərdi seçimlərlə izah olunacaq məsələ deyil. Burada daha dərin və sistemli problemlər var. Ən başlıcası – cəmiyyətdə hələ də qadının lider ola bilməsi ilə bağlı stereotiplər qalmaqdadır. Bir çox qadın liderliyə meyillidir, amma ya özünəinamı zəif olur, ya da ətrafı ona dəstək vermir. Əlavə olaraq, qadınların həm ailə, həm də iş həyatında daşıdığı çoxsaylı məsuliyyətlər onların sosial fəallığını, təşəbbüskarlığını da azaldır”.
Sona xanımın fikrincə, uğurlu qadın liderlərin az görünməsi də yeni nəsil qızlara nümunə ola bilməmək deməkdir:
“Uşaqlıqdan liderlik bacarığı oğlanlarda daha çox təşviq edilir, halbuki qızlarda da eyni potensial var. Sadəcə, bu potensialı görmək və onu dəstəkləmək lazımdır. Özgüvən formalaşdırmaq ailədən və məktəbdən başlayır. Qız uşaqlarına "sən bacararsan", "sən də lider ola bilərsən" mesajı verilməlidir. Qadın liderlər daha çox görünməli, onların uğur hekayələri cəmiyyətə çatdırılmalıdır. Dövlət və özəl sektor bu məsələdə təşviqedici addımlar ata bilər – məsələn, mentorluq proqramları, qadınlar üçün liderlik təlimləri və gender balansına diqqət çəkmək olar. Mən inanıram ki, qadınların lider mövqelərdə daha çox təmsil olunması təkcə onların yox, bütövlükdə cəmiyyətin inkişafına xidmət edəcək. Qadınlar sadəcə iştirakçı yox, yön verən olmağa da qadirdir. Yetər ki, şərait yaradılsın və inam artsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region