Avropanın Ukraynaya hərbi dəstək vermək gücü məhduddur -Politoloq
10:20 26.08.2025
Dünya
365
Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun (“Ramştayn” formatı) 30-cu iclası 9 sentyabr 2025-ci ildə Londonda baş tutacaq.
Bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Ukrayna mediasına açıqlama verib. Bildirilib ki, toplantı qarışıq formatda – həm fiziki, həm də onlayn iştirakla keçiriləcək. Nazirliyin sözçüsü gündəlik üzərində məsləhətləşmələrin davam etdiyini və hazırda bu barədə detallı açıqlama verilmədiyini qeyd edib.
Qeyd edək ki, “Ramştayn” formatı ilk dəfə 2022-ci ilin aprelində ABŞ-ın təşəbbüsü ilə Almaniyanın Ramştayn aviabazasında təşkil olunub. Məqsəd Ukraynaya hərbi yardımın koordinasiyası idi. O vaxtdan etibarən bu platforma 50-dən çox ölkəni birləşdirərək Ukraynaya dəstəyin əsas beynəlxalq mexanizmlərindən birinə çevrilib.
Əvvəlki görüşlərdə də Ukraynaya mühüm dəstək qərarları qəbul olunub.
Müşahidəçilər hesab edirlər ki, Londonda keçiriləcək 30-cu görüşdə qəbul olunacaq qərarlar Ukraynanın qarşıdan gələn payız və qış aylarında müdafiə imkanlarının formalaşmasında həlledici əhəmiyyət daşıyacaq.
Politoloq Əhəd Məmmədli Sherg.az-a bildirib ki, Avropanın Ukraynaya hərbi dəstək vermək gücü məhduddur:
"Hazırda Qərb ölkələri içində Ukraynaya real şəkildə silah dəstəyi verə bilən yeganə ölkə ABŞ-dır. Avropa isə daha çox Vaşinqtona güvənir. Avropa ölkələri büdcədə hərbi xərcləri təxminən 5% artırmaq niyyətindədirlər, amma bu da kifayət deyil. Çünki silah istehsalı üçün zavodlar, fabriklər, təchizat zənciri lazımdır və bunların qurulması vaxt və böyük maliyyə tələb edir. Əlavə olaraq, hərbi xərclərin artırılması sosial sahələrdə ixtisarlara səbəb olur. Bu isə ictimai narazılıq və müxalifətin etirazları ilə nəticələnir. Rusiyada olduğu kimi avtoritar idarəetmənin olmadığı üçün Avropada bu addımlar daha çətinliklə atılır. Bununla belə, Avropa məcburən silahlanmağa və müdafiəsini gücləndirməyə başlayıb. Ukrayna müharibəsi Avropaya göstərdi ki, firavanlıq və sabitlik daim zəmanətli deyil. Həmçinin müharibə yalnız Yaxın Şərqdə və ya başqa bölgələrdə yox, Avropanın özündə də baş verə bilər.
Amma ümumi mənzərə belədir: Avropa Ukraynaya dəstək vermək və eyni zamanda öz təhlükəsizliyini gücləndirmək istəyir. Lakin uzunmüddətli perspektivdə ABŞ-ın dəstəyi olmadan Ukraynanın Rusiyaya qarşı dayanıqlı müqavimət göstərməsi mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya