NİİM nasaz avtomobillərlə bağlı sürücülərə xəbərdarlıq edib
Yusif Nəzərli
06:53 29.09.2025
Cəmiyyət
698
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) nasaz avtomobillərlə bağlı sürücülərə xəbərdarlıq edib.
NİİM-dən Sherg.az-a verilən məlumata görə, müşahidə kameralarının qeydə aldığı qəzalara baxdıqda görünür ki, bir çox hallarda avtomobillərdə texniki nasazlıq yaranır və sürücülər zəruri təhlükəsizlik qaydalarına əməl etmirlər:
"Hadisələrin əsas səbəblərindən biri də nasaz nəqliyyat vasitəsi yolda qaldıqda təhlükəsizlik tədbirlərinin görülməməsi və sürücülərin diqqətsizliyidir. Çox zaman sürücülər ya avtomobildə oturub evakuator gözləyir, ya da nasazlığı yolun hərəkət hissəsində aradan qaldırmağa çalışırlar. Təəssüf ki, bu, əlavə yol-nəqliyyat hadisələrinə səbəb olur.
“Yol hərəkəti haqqında” Qanunun 55-ci maddəsinə görə, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda sürücü avtomobili yolun hərəkət hissəsindən kənara çəkməli və texniki yardım xidmətinə məlumat verməlidir.
Bu halda sürücülər qəza dayanma işıq siqnalını yandırmalı, qəza dayanma nişanını nəqliyyat vasitəsinin arxasında, zərurət olduqda isə həm də önündə, ən azı 30 metr məsafədə quraşdırmalıdır".
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri xəbərdar edir ki, qaydalara əməl olunmadıqda qəza riskləri artır və nəticələri qaçılmaz olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət