
Naxçıvanda turizm çökmək üzrədir: Səkkiz ayda yalnız 1 191 əsl turist gəlib
Yusif Nəzərli
07:24 22.10.2025
İqtisadiyyat
921
“Ən maraqlı məsələ budur ki, Naxçıvanın quru sərhədləri açıqdır - amma buna baxmayaraq, turist sayında kəskin azalma var, gələn yoxdur”
Naxçıvan turistlər üçün cəlbedici məkana çevrilmək imkanlarına malikdir. Təəssüf ki, bu imkanlar hələ də lazımi səviyyədə realizə edilmir. Bu fikirlər iqtisadçı Natiq Cəfərliyə məxsusdur.
N.Cəfərli Sherg.az-aaçıqlamasında turist sayı ilə bağlı mövcud statistik rəqəmləri şərh edərkən bildirdi ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il Naxçıvana səfər edənlərin sayında azalma müşahidə edilib:

- Naxçıvana gələn turistlərlə bağlı maraqlı və ən önəmlisi, detallı rəsmi statistika açıqlanıb: bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasına 58 min 348 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib – bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 faiz azdır. Maraqlı detal budur ki, hesabat dövründə Naxçıvanda xarici turist, yəni 27 355 nəfər – özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə qalıb. Bu, 1 il əvvələ nisbətən 14,05 faiz azdır. Bunu necə başa düşək? Yəni Naxçıvanda xarici turistlərin özünə aid mənzilləri və ya ailə üzvlərinin məzilləri var. Yaxşı, bunun harası turist oldu və ya Naxçıvanda turist kimə deyilir?! Digər maraqlı detal isə budur ki, qohumların və dostların evində qalanların sayı 26 831 nəfər olub ki, bu da illik müqayisədə 30,6 faiz azdır. Bu o deməkdir ki, Naxçıvana bu ilin ilk 8 ayında 58 348 nəfər xarici vətəndaş turist olaraq gəlib. Və bunlardan 54 186 nəfəri ya öz evində, ya öz ailəsinə məxsus, ya da yaxın qohum və dostlarının evində qalıblar. Bəs yerdə qalanı? Hesabatın ardına baxdıqda görünür ki, Naxçıvana gələn turistlərdən çox az bir hissəsi mehmanxana və mehmanxana tipli obyektlərdə qalıb – cəmi 1 191 nəfər. Bu, illik müqayisədə 34,6 faiz azdır. Naxçıvana 8 ayda cəmi 1191 nəfər əsl turist, xarici vətəndaş gəlib. Bu da aya 148 nəfər, günə, təxminən, 5 nəfər turist düşür. Digər gələnlər isə Türkiyə, Rusiya və s. ölkə pasportu almış naxçıvanlılardır, onlara da “turist” deyirlər. Ən maraqlı məsələ budur ki, Naxçıvanın quru sərhədləri açıqdır (Naxçıvan qeydiyyatında olan Azərbaycan vətəndaşları üçün) – amma buna baxmayaraq, turist sayında kəskin azalma var, gələn yoxdur. Normal PR və yol, hekayə quruculuğu olsa, bir tək Əshabi-Kəhf mağarasına ildə onminlərlə turist cəlb etmək olar.
“Nə isə, Naxçıvanla bağlı belə detallı statistik məlumat verənlərə təşəkkür edirəm, Azərbaycan üzrə eyni yanaşma ilə statistika olsa, bənzər mənzərəni görəcəyik – Rusiya, Türkiyə və s. ölkə vətəndaşları olan soydaşlarımızı turist kimi saymaqda davam edirlər”, deyən N.Cəfərli əlavə edib ki, məhz buna görədir, ölkədə hotellərin rəsmi doluluq səviyyəsi il ərzində 30 faizi keçmir.
Qeyd edək ki, nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev də ölkəmizə Mərkəzi Asiyadan səfər etmiş şəxslərin Bibi-Heybət məscidinə marağının şahidi olaraq dini turizmin təşviq etdirilməsi gərəkdiyini bildirmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm