İlin toyu: Şəhərdə yollar bağlandı
Yusif Nəzərli
23:03 23.06.2025
Maraqlı
574
"Ahlatcı Holdinq" İdarə Heyətinin sədri Ahmet Ahlatcının oğlu Ahmet Emin Ahlatcı ilə sabiq milli futbolçu və idman şərhçisi Sinan Enginin qızı Elif Engin Çorumda təşkil olunan möhtəşəm toy mərasimində evlənib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Ahmet Emin Ahlatcı, "Mən burada doğulmuşam, burada böyümüşəm və çörəkpulu qazanmışam. Ölkəmi çox sevirəm, amma doğma şəhərimin çox xüsusi yeri var. Ona görə də toyu burada keçirmək istədik" deyib. Cütlüyün nikah şahidliyini bir neçə məşhur isim - AK Partiya Bursa millət vəkili Mustafa Varank, AK Partiya Ankara millət vəkili Osman Gökçek, Dəmirörən Holdinq İdarə Heyətinin sədri Yıldırım Dəmirörən, Qalatasaray sədri Dursun Özbek, Fənərbaxçanın keçmiş sədri Əziz Yıldırım, Fatih Terim, Acun Ilıcalı, Ermut İlıcalı, Umut Güner, Hakan Ertaç, Erdem Tınarlıoğlu və Ali Aslan edib. Toy mərasimi üçün xüsusi olaraq "Ahlatcı Holdinq"in binasında 2500 nəfərlik meydança düzəldilib. Toydan sonra baş tutan şənlik üçün ayrıca yer ayrılıb. Toyda Sibel Can və Edis səhnəyə çıxıb. Sosial mediada “İlin toyu” adlandırılan toy haqqında “ən çox danışılanlar” sırasına daxil olub. İstanbuldan Çoruma minə yaxın qonaq gedib. Bəzi qonaqlar üç gün Çorumda qalarkən, 20-yə yaxın hotel qonaqları qəbul etmək üçün tamamilə bağlanıb. Toy üçün 10-dan çox əlavə reys həyata keçirilib. Avtomobil yolu ilə gələnlər üçün VIP avtomobillər ayrılıb. Qonaqların Çorumu gəzməsi üçün 100-dən çox VIP avtomobil ayrılıb. Toyda minə yaxın personal çalışıb. Şəhərdən xeyli sayda heyət gətirilib. Çorumlu esnaflar da toyu qeyd ediblər. Qonaqlar qovrulmuş noxud və suvenirlər satılan yerlərə axışıblar. Türk hamamına da çoxlu qonaq gedib. Gəlin Elif Engin üçün vizajist Hazal Öçal gətirilib. Gəlinin qardaşı Oğulcan Engin axşam şənliyi zamanı bir anda DJ kabinəsinə keçərək anası Seda Sayanın “Ah gecələr” mahnısını səsləndirərək qonaqları coşdurdu. İlayda Alişanla birlikdə olan Oğulcan Engin sevgilisi ilə toya qatılıb və aktrisanı bütün ailə üzvləri ilə tanış edib. Seda Sayan ertəsi gün sosial şəbəkədə paylaşım edərək cütlüyü təbrik edib. Gecəyə Burak Özçivit, Murat Boz, İdil-Mert Fırat, Ezgi Mola-Mustafa Aksakallı, Bensu Soral-Hakan Baş, İbrahim Büyükak, Berk Atan kimi bir çox məşhurlar da qatılıb. Toy avtomobili və konvoy sosial mediada da trend mövzusuna çevrilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Harri Keyn Peleni keçdi
02:12 02.07.2026
Futbol
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm