Paşinyan “saatlı bomba”dan qorxur
Paşinyan “saatlı bomba”dan qorxur
Yusif Nəzərli
17:13 26.09.2023
Siyasət
454
O, İrəvana gələn Qarabağ ermənilərini hakimiyyəti üçün real təhlükə mənbəyi hesab edir
“Ona görə də Baş nazir Qarabağ ermənilərinin ya Rusiyaya getməsini, ya da elə Qarabağda qalıb Azərbaycan vətəndaşlığı almalarını daha çox arzulayır”
Ermənistanın Baş naziri Paşinyan komandasının üzvlərinə xəbərdarlıq edib ki, Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən ermənilər heç bir halda İrəvanda yerləşdirilməməlidir. Çünki onlar Ermənistan hakimiyyəti üçün saatlı bombaya çevrilə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Ermənistanın hakimiyyəti hesab edir ki, Rusiya sülhməramlıları Qarabağda 20 minə yaxın erməninin qalmasını təmin etməyə çalışacaqlar”, - məlumatda deyilir.
Qeyd olunur ki, bu, Rusiya sülhməramlılarının Qarabağ bölgəsində qalmasını əsaslandırmaq üçün lazımdır.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanda Qarabağ ermənilərinə yanaşmanın tarixi bir mənzərəsi var:
“Uzun müddət Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ziddiyyət və uçurum var. Ermənistanın ictimai-siyasi həyatında müxtəlif dövrlərdə, fərqli aspektlərdə dilə gətirilib. Eyni zamanda Qarabağ ermənilərinin Paşinyanın əleyhinə olması ilə bağlı da fon var. Separatçıların təsiri ilə Ermənistanın indiki hakimiyyətinə qarşı kəskin mövqedən çıxış edən adamlar var ki, Nikol Paşinyan onları öz hakimiyyəti üçün real təhlükə mənbəyi hesab edir. Eyni zamanda Paşinyana müxalifətdə olan Qarabağ klanının üzvlərinin İrəvana köç edən Qarabağ ermənilərindən siyasi hərəkətlənmə naminə Paşinyana qarşı istifadə etmək riskləri də var”.
Politoloqun sözlərinə görə, İrəvanda məskunlaşan Qarabağ ermənilərinin yaşayış təminatını ödəmək də Ermənistan üçün asan məsələ deyil: “44 günlük müharibədə Azərbaycanın qazandığı qələbədən sonra Ermənistana gedən ermənilərin yaşadığı acınacaqlı hal ortadadır. Onlar da, elə hazırda Qarabağda yaşamağa davam edən ermənilər kimi aclıq və səfalət içərisində yaşayırlar. Paşinyan hakimiyyəti bu günə qədər onların sosial- iqtisadi rifahı ilə bağlı heç bir iş görməyib deyə narazı təbəqənin Paşinyan hakimiyyət üçün təhlükə yaradacağı ortadadır. Ona görə də Paşinyan Qarabağ ermənilərinin ya Rusiyaya getməsini, ya da elə Qarabağda qalıb Azərbaycan vətəndaşlığı almalarını daha çox arzulayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm