
Ağaverdi Xəlil: Çərşənbələr qışı yola salmağa deyil, yazı qarşılamğa həsr olunub
09:30 25.02.2025
Mədəniyyət
884
Bu gün - fevralın 25-i yazın gəlişini xəbər verən Novruzun ilk - Su çərşənbəsidir.
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir.
Bu çərşənbə “əzəli çərşənbə”, “gül çərşənbə” də adlandırılır. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək.
Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri, Filologiya elmləri doktoru Ağaverdi Xəlil “Sherg.az”a bildirib ki, Azərbaycan mövsüm mərasimlərinin mövcud vəziyyətinə ənənə və müasirləşmə prosesinin daxili ziddiyyət qanunauyğunluqları kontekstində baxmaq lazımdır:

“Ənənəvi mədəniyyət nümunələri müasirlik şəraitində tədricən passivləşir və arxaikləşməyə başlayır. Bu proses Azərbaycan mövsüm mərasimlərindən çilələrə, çərşənbələrə və “Xıdır Nəbi”yə də aiddir. Bizim əski mövsüm mərasimlərində ənənəvi xalq təqvimi kimi qış üç hissəyə bölünüb: böyük çilə (21 dekabr-31 yanvar), kiçik çilə (01-20 fevral) və boz ay (21 fevral -21 mart). Çilənin mənası təbiətin sərt şəraiti ilə bağlı olub çətinik, əziyyət deməkdir. İnsanlar ona görə də çilənin çıxmasını əlamətdar hadisə kimi qeyd ediblər. Bu məsələnin sosial aspektidir. Əski düşüncəyə və ya mifologiyaya görə isə insanlar mərasim vasitəsilə qışı yola salmağa sakral dəstək göstəriblər. Bu mənada çilə qışı yola salma mərasimidir. “Xıdır Nəbi” də bu mövsüm mərasimləri silsiləsinə daxildir. Çilənin elmi izahının ən qısa şəkli belədir. Çərşənbələr də mövsüm mərasimidir, lakin iki əsas cəhətinə görə çilələrdən fərqlənir. Burada Boz ayın içində olan 4 ilaxır çərşənbə nəzərdə tutulur. Birincisi, çərşənbələr (ilaxır çərşənbələr) qışı yola salmağa deyil, yazı qarşılamğa həsr olunub. İkincisi, çərşənbələr çilələrdən sonra yaranıb və əski təqvimlə bağlıdır. Hər iki mövsüm mərasiminin təqvimlə əlaqəsi vardır. Çilələr xalq təqviminə əsaslanır. Çərşənbələr isə hansısa arxaikləşmiş əski Şərq təqviminə əsaslanmışdır və həmin təqvimin qalığıdır. Bu mərasimlərin zahiri tərəfi fərqlidir. Amma bu mərasimlərdə Azərbaycan xalqının xeyirxah adət və ənənələri yaşayır, qeyd olunur. Bizm mövsüm mərasimlərimiz xalqımızın mənəvi mədəniyyətini qoruyan və yaşadan sosial-mədəni hadisədir. Sövet dövründə Çilələr keçirilib, bəzi bölgələrəd Xıdır Nəbi də qeyd olunub. Müstəqillik dövründə də mövsüm mərasimlərinin aktivləşdirilməsi istiqamətində fəaliyyətlər vardır. Təbii ki, müasirləşmənin sürəti ənənəvi mədəniyyəti müəyyən mənada üstələyir. Ona görə də gənc nəsil ənənəvi mədəniyyətdən uzaqlaşır. Düşünürəm ki, mərasim mədəniyyətimiz daha geniş şəkildə öyrənilməli və daha intensiv şəkildə təbliğ olunmalıdır. Bizim milli mədəni varlığımızın önəmli bir parçaçı ənənəvi mədəniyyətimiz, o cümlədən mövsüm mərasimlərində yaşayan və yaşadılmalı olan mədəni dəyərlərimizdir. Bu bizim zəngin mədəni irsimizdir, onu qorumalıyıq və yaşatmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol