"Alleqoriya" incəsənəti insanlara yaxınlaşdırır: Yeni sərgi martın 6-da açılacaq
Yusif Nəzərli
09:45 27.02.2025
Mədəniyyət
591
“Alleqoriya” incəsənət platforması bir ildən sonra yenidən sərgi təşkil edərək gəncləri incəsənətlə görüşdürür.
Sherg.az xəbər verir ki, yerli rəssamlara dəstək olmaq, gənclərin incəsənətə marağını artırmaq üçün fəaliyyət göstərən “Alleqoriya” ötən ilin aprelində Bakı Dövlət Universitetində təşkil etdiyi rəsm sərgisindən sonra yenidən rəsm sərgisi keçirəcək.
"Sözlərdən rənglərə" adlı sərgidə əsasən bədii ədəbiyyatdan ilhamlanaraq çəkilmiş əsərlər sərgilənəcək. Platformadan bildirilib ki, budəfəki sərgimiz “XG Cafe”də keçiriləcək.
“İncəsənət yalnız uzaq sərgi salonlarında deyil, insanların gündəlik həyatında da olmalıdır. İlk sərgimizdən sonra da gördük ki, yaradıcı insanların işlərini daha çox insana çatdırmaq vacibdir. Buna görə də sərgiləri geniş kütlənin ziyarət etdiyi məkanlarda təşkil etməyə qərar verdik. İnanırıq ki, insanlar incəsənətə nə qədər yaxın olsalar, maraqları da bir o qədər artar”, - deyə, “Alleqoriya” platformasından bilirilib.
Qeyd edək ki, sərginin fevralın 27-də açılması nəzərdə tutulsa da, hava şəraitinə görə bu, martın 6-a təxirə salınıb. Beləliklə, sərgi martın 6-da saat 19:00-da eyni ünvanda açılacaq və əsərlər bir ay boyunca sərgilənəcək.
İncəsənətin inkişafı, rəssamlara dəstək üçün media nümayəndələri də sərgiyə dəvətlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol