Azər Paşa Nemətov Mustafa Kurtla görüşüb - FOTOLAR
Yusif Nəzərli
10:32 19.12.2022
Mədəniyyət
1365
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Türkiyə Dövlət Teatrlarının baş müdiri Mustafa Kurtla görüşüb.
Teatrın mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, qonağı rəhbərlik etdiyi teatrda görməkdən məmnun olduğunu deyən Azər Paşa Nemətov mədəniyyət sahəsində, teatr sənəti istiqamətində iki qardaş ölkə arasında olan səmərəli əməkdaşlıqdan danışıb, münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd olunub ki, təşkil olunan müxtəlif festivallar, master-klass və seminarlar səhnə fəaliyyəti ilə məşğul olan teatr xadimlərinin peşəkarlığının artmasına xidmət edir.
Görüşdə həmçinin qeyd olunub ki, Akademik Milli Dram Teatrı 5-9 may tarixlərində Türkiyədə keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında V.Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edib və səhnə əsəri böyük uğurla təqdim olunub. Milli Teatr festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirib.
Türkiyə dövlət teatrlarının baş müdiri Mustafa Kurt səmimi qarşılanmaya görə təşəkkürünü bildirib, Akademik Milli Dram Teatrının yaradıcı və texniki imkanlarını yüksək qiymətləndirib. Qonaq qeyd edib ki, Türkiyə dövlət teatrları Akademik Milli Dram Teatrının Türkiyənin müxtəlif şəhərlərinə qastrol səfərinə, eyni zamanda beynəlxalq festivallarda iştirakında maraqlıdır. Bu, əməkdaşlığın gələcək perspektivləri, yaradıcı əlaqələrin güclənməsi üçün müsbət zəmin hazırlayacaq. Mustafa Kurt teatrın səhnəsində nümayiş olunan "Ah, bu uzun sevda yolu" tamaşasına baxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm