Bakıda Türk Filmləri Həftəsi başlayıb
Bakıda Türk Filmləri Həftəsi başlayıb
03:44 18.12.2022
Mədəniyyət
1071
Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin açılış mərasimi olub.
Sherg.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakıdakı Yunis Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan mərasimə həftə boyu nümayiş olunacaq filmlərin yaradıcı heyəti, tanınmış türk sənətçiləri, kinematoqrafçıları qatılıb.
Nümayişdən əvvəl mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç və başqaları çıxış edib. Onlar iki qardaş ölkənin tarixən siyasi və mədəni sahədə bağlı olduqlarını söyləyib, müasir dövrdə Azərbaycan sənətçilərinin peşəkarlığı ilə Türkiyənin kino təcrübəsi arasında mübadilənin vacibliyini önə çəkiblər. Bildiriblər ki, xalqları yaxınlaşdıran yeganə vasitə kinodur. Buna görə də Azərbaycan-Türkiyə əlaqələri “yeddinci sənət” üzərində qurulmalıdır.
Sonra Semih Kaplanoğlunun “Bağlılık Hasan” dramı nümayiş olunub. Filmin qəhrəmanı keçmişi ilə barışan bir insandır. İllər boyu həyatla mübarizə aparan Həsən və həyat yoldaşı Filiz bu dəfə ətrafındakı insanları düşünmədən istədikləri kimi yaşayırlar.
Qeyd edək ki, Türkiyə istehsalı olan “Bağlılık Hasan” 94-cü “Oskar” mərasimində “Ən yaxşı xarici film” nominasiyasında qalib olub.
Nümayişlər dekabrın 21-dək davam edəcək. Həftə ərzində İsmail Fidanın “Rafadan Tayfa Göbeklitepe”, Mustafa Uğur Yağcıoğlunun “Aşkin Ömrü”, Emir Khalizadehin “Adanış - Kutsal Kavga”, Özer Feyzioğlunun “İyi ki varsın Eren”, Kemal Uzunun “Ankara Yazı” və Mehmet Ada Öztekinin “7. Koğuştaki Mucize” filmləri böyük ekranlarda Azərbaycan altyazıları ilə göstəriləcək.
Layihə çərçivəsində tanınmış Türkiyə kinorejissoru Semih Kaplanoğlunun iştirakı ilə azərbaycanlı gənc kinosevərlər üçün ustad dərsi təşkil olunacaq.
Film nümayişlərinə və ustad dərsinə giriş sərbəstdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm