"Bizə ehtiyac olanda konsert verərik" - Baloğlan Əşrəfov
Yusif Sultanoğlu
11:18 12.04.2020
Mədəniyyət
1861
Bu dəfə "Sherg.az"ın qonağı əməkdar artist Baloğlan Əşrəfov olub. Onunla incəsənət aləmindəki son durum və günün ən aktual problemi olan koronavirusla bağlı fikir mübadiləsi apardıq. Əvvəlcə karantin şəraitindən danışan sənətkar əzəldən evdə qalmağı xoşladığını söylədi:
-Axşamlar toy olanda getmişəm, olmayanda evdə oturmuşam. Bu hala vərdiş edən insanam. İkincisi də - necə tələb edirlərsə, necə məsləhətdirsə, elə də əməl edirik. Bu, tək Azərbaycanda baş verməyib. Dünyada gedən prosesdir. Kanallardan, mətbuatdan öyrənirik, bilirik ki, vəziyyət necədir. Məsələn, bir ailəyə qadağan edilsə deyərlər problem var. Amma bütün Azərbaycanda, Türk dünyasında, xristian ölkələrində tətbiq edilirsə riayət etmək lazımdır. Necə məsələhtdirsə elə də edək.
Mədəniyyət Nazirliyinin "sənətinlə dəstəklə" layihəsini də dəyərləndirən əməkdar artist məsələdən xəbəri olmadığını vurğuladı:
- Qərarlarından xəbərdar deyiləm. Nə qanun qəbul edirlərsə, Allah canlarını sağ eləsin. Böyük-böyük xalq artistləri, şöhrət ordenli sənətkarlar var, layihəyə qoşulub konsert təşkil etsinlər. O baxır texniki imkana, şəraitə, əhval ruhiyyəyə. Kimisi konsert verir. Amma hər dəqiqə mümkün olan iş deyil. Tələb olunsa, lazım bilsələr , biz də edərik. Evdən konsert verməyin texniki problemləri, lazım olan musiqi vasitələri var. Xeyli sayda gözəl cavan müğənnilərimiz var, onlar belə işlərə qoşulsunlar. Bizə ehtiyac olanda qatılarıq.
Yeni nəsil müğənnilərin iddialarına münasibət bildirən B.Əşrəfov əvvəla onlara can sağlığı arzu etdi:
- Hamının səsi, avazı gəlsin. Onu deyə bilərəm ki, mənim qədər gündəmdə qala bilsələr, Allaha min dəfə şükür edərlər. Dava-dalaş, qalmaqal bunlar müvəqqətidir. Yaddaşlarda qalmaq üçün insanı Allah sevməlidir, özü- özünə hörmət qoymalıdır, savadı, dərrakəsi olmalıdır. Bilməlisən nə oxuyursan, necə oxuyursan. Allahın verdiyi istedad, bəxt olmalıdır. Yoxsa hay-küylə, dava-dalaşla inanmıram ki, uzun müddət gündəmdə qalarlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm