“Cavidlər, Vurğunlar, Üzeyir bəylər Bakıya rayondan gəlməyiblərmi ? !” – Sənətkardan qızıl sözlər
Yusif Sultanoğlu
16:34 11.05.2020
Mədəniyyət
3499
“Regionlarda elə istedadlı musiqiçilər, aşıqlar, muğam ifaçıları var ki...”
“İstedadlı, yaxşı sənətkarlar abırlı, utancaq olublar. Sənətin məsuliyyətini, duyub səslərini çıxarmayıblar”
“Boş qabdan çox səs çıxır, lakin dolu qabdan heç vaxt səs gəlmir”
Bəşəriyyəti cənginə almış koronavirus pandemiyasına qarşı aparılan mübarizə davam etdirilir. Ölkə vətəndaşları olaraq səbrimiz tükənsə də, təmkini əldən buraxmayıb, qaydalara əməl edərək tezliklə kritik günlərin sona çatmasını gözləyirik.
Əlbəttə, hər an virus haqqında düşünüb, özümüzü psixoloji cəhətdən yormaq da düzgün deyil. Gözəl günlərə inanaraq nikbin aurada karantin müddətini daha asan keçirə bilərik.
Gəlin görək dövrün sevilən simaları vaxtlarını necə keçirir?
Elə bu sualı ünvanlamaq üçün məlahətli səsi ilə minlərlə musiqisevərin qəlbinə yol tapan, tanınmış müğənni Sahib İbrahimovla əlaqə saxlayıb, həmsöhbət olduq. "Sherg.az"a açıqlama verən sənətkar efirlərdə, canlı yayımlarda qonaq olduğunu söylədi:
" "Skype" vasitəsilə canlı yayıma qoşulub, xalqımız, bizi sevən insanların hamısı üçün gündə bir-iki saat konsert proqramı ilə çıxış etmişik. Müəlliməm, "onlayn" dərslər keçirəm. Lazım olanda efirlərdə qonaq oluram. "
Yaradıcılıq işlərindən də söz açan müğənni, növbəti duet ortağı haqqında da məlumat verdi:
"Hələlik duet ortağım respublikamızın əməkdar artisti, gözəl sənətkarımız Almaz xanım Orucovadır. Gələcəkdə sevimli dostlarımdan, xalq artistlərindən olan böyük sənətkarımızla bir neçə xalq mahnısı oxuya bilərəm. Hələ bu söz olaraq qalıb, tam reallaşmayıb. Demək olar, mahnılarımız hazırdı. O da ,mən də istəyirik ki, duet mahnılarımızı ifa edək.
Efirlərə tez-tez səsi, sənəti olmayan müğənnilərin dəvət olunması məsələsinə toxunan S.İbrahimov ucqar rayonlardan olan gənc istedadlara dəstək göstərməyin vacibliyini də qeyd etdi:
" İstedad önəmli məsələdir. Hər kəs Bakıda olsa da, regionlarımızda, kəndlərimizdə, məmləkətimizdə o qədər istedadlar var. Böyük Hüseyn Cavidlər, Səməd Vurğunlar, Üzeyir bəylər Bakıya rayondan gəlməyiblərmi? Bakı Azərbaycanımızın paytaxtıdır, bu səbəbdən bütün mətbuat qurumları, televiziyalar Bakıdadır, ona görə də hamı burdadır.
Bizlər də regionlardan gəlib paytaxtda təhsil almışıq. Efirlər vasitəsilə özümüzü xalqımıza tanıtmışıq. Rayonlarda elə istedadlı musiqiçilər, aşıqlar, muğam ifaçıları var ki... Dəyərli, gözəl sənətkarlarımıza dəstək olaq. Musiqi məktəbində müəlliməm, 15 ildir pedaqoji fəaliyyətdəyəm. Şagirdlərimin əksəriyyəti rayondan gəlib. Bakıda yataqxanada, kirayədə qalırlar, evləri olanda var. Onlara dəstək olmaq lazımdır, kömək etməliyik. Hər zaman deyirəm.
Bir ifadə var, onu dahi bəstəkar Üzeyir Hacıbəyovun adı ilə əlaqələndirirlər. Fikrimcə bu Üzeyir bəyin deyimi deyil, hansısa dünya dahilərindən birinindir. Deyir ki :"İstedadlı insanlara kömək edin, istedadsızlar özlərinə yol açacaqlar"
Ən qədimdən belə olub istedadlı, yaxşı sənətkarlar abırlı, utancaq olublar. Özlərində sənətin məsuliyyətini, böyüklüyünü duyub səslərini çıxarmayıblar. Boş qabdan çox səs çıxır, lakin dolu qabdan heç vaxt səs gəlmir. Yəni istedadlı gənclərə kömək etməliyik, dəstək olmalıyıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət