Ermənistan Azərbaycana nə qədər mədəni zərər vurub?
Yusif Nəzərli
07:08 13.11.2024
Mədəniyyət
943
Azərbaycanın mədəni irs nümunələrinin mühafizəsi dövlətin əsas prioritet istiqamətlərindən biridir. Hər bir vətəndaşın üzərinə bununla bağlı hüquqi məsuliyyət düşür. Eyni zamanda beynəlxalq səviyyədə də mədəni irs nümunələrinin qorunması təmin edilməlidir.
Sherg.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Mədəniyyət naziri Adil Kərimli deyib.
O bildirib ki, Ermənistanın işğalı zamanı Azərbaycanın mədəni sərvətlərinin, mədəni irsinə vurulmuş zərərin qarşısının alınması və pozulmuş hüquqlarının bərpası istiqamətində beynəlxalq səviyyədə bir sıra zəruri addımlar atılıb:
“İşğaldan azad edilmiş ərazilərdə, Qarabağda məhv edilmiş, ciddi zərər vurulmuş tarixi mədəniyyət abidələrimizin, ümumiyyətlə mədəni irsimizin qorunması kontekstində olan məsələlər artıq gündəmdədir”.
Nazir qeyd edib ki, mədəni sərvətlərin ölkə ərazisindən kənara çıxarılması qəti qadağandır:
“Bu halda Azərbaycanın tam hüquqi var ki, məsələ ilə bağlı beynəlxalq konvensiyalarla və ölkədaxili qanunvericilik aktları ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində mədəniyyət nümunlərinin geri qaytarılmasının təmin edilməsi üçün addımlar atsın. Bununla bağlı zəruri qiymətləndirilmə aparılmaqdadır. Vurulmuş maddi zərərin ilkin qiymətləndirilməsi mərhələsi aparılıb. Azərbaycan Mədəniyyət Nazirliyi ölkə ərazisindən çıxarılmış mədəni sərvətlərimizin geri qaytarılması istiqamətində artıq bir sıra tədbirlərə başlayıb. Bununla bağlı beynəlxalq səviyyədə İnterpol və digər hüquqi mexanizmlərdən istifadə edilir”.
Adil Kərimli hesab edir ki, Azərbaycan Respublikası ərazisindən istənilən yolla çıxarılmış mədəni sərvətlərimiz geri qaytarılmalıdır:
“Dövlət qurumu olaraq biz bu məsələnin üzərində ciddi iş aparırıq. Bu sahədə Azərbaycan dövləti tərəfindən də müəyyən tədbirlər görülməkdədir. Digər dövlət qurumları ilə birlikdə bu istiqamətdə intensiv olaraq işlər icra olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat
Naim Qasım: Livanı İsrail üçün cəhənnəmə çevirəcəyik
14:39 12.05.2026
Gündəm
Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib
14:36 12.05.2026
Gündəm
Rusiyada məktəbdə atışma olub, yaralılar var
13:51 12.05.2026
Hadisə
Tehran-Bakı reyslərinin sayı gələn həftədən artırılacaq
13:36 12.05.2026
Gündəm
Azərbaycanda inflyasiya 5,6% artıb
13:24 12.05.2026
İqtisadiyyat
Ərdoğan Qazaxıstana səfər edəcək
13:14 12.05.2026
Gündəm
İran uranı 90 faizədək zənginləşdirə bilər
12:41 12.05.2026
Dünya
Avropa klublarını Tovuza gətirənlərə eşq olsun! - Fazil Mustafa
12:40 12.05.2026
Futbol
İran ABŞ ilə danışıqları mümkün hesab edir
12:27 12.05.2026
Gündəm
Xocavəndə növbəti köç karvanında 18 ailə yola salınıb
12:11 12.05.2026
Qarabağ
Ötən həftə 71 piyada əleyhinə mina zərərsizləşdirildi
11:19 12.05.2026
Hadisə
Tramp Çinə səfərinin nəticəsində “böyük işlər” vəd etdi
11:14 12.05.2026
Gündəm
Zelenski: Atəşkəs bitdi, Rusiya yenidən başladı
11:11 12.05.2026
Dünya
Milli Məclisin növbəti iclası başlayıb
11:09 12.05.2026
Gündəm