"Gənc müğənnilərdə bizim dövrümüzdəki kimi emosiya, hiss həyəcan yoxdur" - Əməkdar artist Elxan Şirinov
Yusif Sultanoğlu
14:15 16.05.2020
Mədəniyyət
1828
İki aya yaxındır ki, davam edən xüsusi karantin rejiminin son günlərini yaşayırıq. Ayın 18-dən etibarən qaydalar bir az da yumşaldılacaq. Yeni qərara əsasən evdən çıxmaq üçün alınan icazələr ləğv olunacaq.
Qismən də olsa əvvəlki həyatımıza qayıdırıq. Uzun zamandan sonra evdən sərbəst şəkildə çıxacağıq. Əlbəttə gigiyena və izolyasiya qaydalarına əməl etməyi unutmamalıyıq. Pozitiv düşüncələri itirmədən özümüzü qoruyaq.
Görəsən bu dövrdə həmişə göz qabağında olan tanınmışlar nə işlərlə məşğul idi?
Elə bu sualı ünvanlamaq məqsədilə sevilən müğənni, əməkdar artist Elxan Şirinovla əlaqə saxladıq. "Şərq"ə karantin rejimini hamı kimi qaydalara əməl edərək keçirdiyini söyləyən sənətçi indiki dövrün gənc müğənnilərinin fəaliyyətindən və ifalarından söz açdı:
"İstedad var, amma çox müasir səpkidədir. Bizim dövrümüzdəki kimi emosiya, hiss həyəcan belə şeylər yoxdur. Təbii, axtarıb tapmaq lazımdır. Amma görünür şərait belədir."
Müğənni öz yaradıcılıq işlərindən də danışıb:
"Yenə bəstəkarlar, yazanlar var. İki-üç il müddətinə təxminən albom səviyyəsində, keçmişdə olduğu kimi mahnılar hazırlamışam. Təəssüf, o dövrdəki kimi kaset, albom çıxmır. Onu hansısa bir firma boynuna götürmür. Gərək hər kəs özü etsin. Əvvəlki kimi albom yaratmaq mümkün olmur. Texnologiyaların inkişafı ilə əlaqədar hər şey YouTube-dədir... Ona görə YouTubedə bir alboma yaxın mahnılarım var. İki il bundan əvvəl keçmişdən tanıdığım adamlara müraciət etdim. İnformasiya verdilər ki, artıq kaset çıxarmaq olmur. Ola bilər yeni sistemdir. Hər halda tələbat yaransa olar, Müasir texnologiyalara görə tələbat yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət