"Hələ bilinmir karantin nə vaxt götürüləcək" - Ramiz Məlik
Yusif Sultanoğlu
09:21 26.04.2020
Mədəniyyət
1661
Koronavirus pandemiyasına qarşı aparılan mübarizə müsbət nəticəyə doğru davam edir. Qəbul olunan qərara əsasən aprel ayının 27-dən etibarən xüsusi karantin rejimi qaydaları tədricən yumşaldılacaq. Beləliklə ölkəmiz müəyyən etaplardan keçərək həmişəki günlərinə qayıda biləcək. Bunun üçün isə vətəndaşlardan səbr və təmkinlə yanaşı qanunlara tabe olmaları xahiş olunur. Yalnız dövlət nümayəndələri deyil, incəsənət aləminin sevilən simaları da çıxışlarında bunu qeyd edir.
"Sherg.az" sevilən aktyor, Xalq artisti Ramiz Məliklə əlaqə saxlayıb, gündəmlə bağlı fikirlərini öyrənib. Karantin rejiminin gedişatını dəyərləndirən aktyor, evdə qalaraq qaydalara əməl etdiyini söylədi:
-Kompüterə, televiziya kanallarına baxıram. Qanunlara mütəmadi əməl edirəm. Qanun, qanundur. Hamı üçün eynidir. Nə qədər qanuna riayət olunsa, karantin o qədər tez qurtarar.
"Karantindən sonra ilk işiniz nə olacaq?" sualına aktyor, karantin rejiminin nə vaxt sona çatacağı ilə bağlı dəqiq məlumat olmadığından bu haqda danışa bilməyəcəyini söyləyib:
"Hələ bilinmir karantin nə vaxt götürüləcək. Mayın 4-dən sonra bilmək olar. Hissə-hissə karantin rejimi ləğv olunacaq. Birdən-birə adamlara yaşıl işıq yandırılmayacaq. Məktəblər də hissə-hissə dərsə başlayacaq. Birdən-birə birinci, ikinci sinif uşaqlar dərsə getsin, elə şey olmayacaq. Hələ heç nə bilinmir. Ayın 4-ü gəlsin, görək nə olur. Ondan sonra demək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya