“Ölülər” tamaşası Əli Nurun 75 illik yubileyinə həsr olunub
“Ölülər” tamaşası Əli Nurun 75 illik yubileyinə həsr olunub
19:47 15.01.2023
Mədəniyyət
1209
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Əli Nurun 75 illik yubileyinə həsr olunan “Ölülər” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov çıxış edərək görkəmli sənətkarı yubiley yaşı münasibəti ilə təbrik edib, onun səhnə fəaliyyəti haqqında danışıb.
Əli Nura Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının təbrik məktubu və Azərbaycan Teatr Xadimləri İttifaqının medalı təqdim olunub.
Qeyd olunub ki, sənətkar Akademik Dram Teatrın səhnəsində bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. Əli Nurun sənəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, bir sıra mükafatlarla təltif edilib.
Yubliyar onun yaradıcılığına göstərilən diqqət üçün təşəkkür edib.
Daha sonra tamaşa nümayiş olunub.
Azər Paşa Nemətovun quruluşçu rejissoru olduğu tamaşada görkəmli bəstəkar Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist Anar Heybətov olub.
Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva məharətlə canlandırıblar.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə biliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm