Rasim Balayev mədəniyyət naziri olsun?! - “...Məni təyin etməzlər !”
Yusif Sultanoğlu
16:27 22.05.2020
Mədəniyyət
2294
“İkincisi də mən bacaran iş deyil. İndiki halımla bacara bilmərəm. Çünki o yaş deyil”
“Orda gərək enerjili, sağlam adam olsun. O da məndə yoxdur. Həm də məmurluq mənə yaddır”
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirdi. Və bu qurumda çoxsaylı qanunsuzluqlar, korrupsiya və rüşvətxorluq halları aşkarlandı. Bütün bunların nəticəsində may ayının 21-i Prezident İlham Əliyevin sərəncamına əsasən mədəniyyət naziri Əbülfəs Qarayev vəzifəsindən azad edildi. Sənət adamları və xalq Prezidentin bu addımını dəstəkləyərək, sevinclərini dilə gətirdilər. Sosial şəbəkə istifadəçiləri yeni nazirin kim olacağını müzakirə ederək, öz namizədlərinin adlarını qeyd etdilər. İnsanların görmək istədikləri mədəniyyət nazirləri sırasında korifey sənətkarlarımız -Flora Kərimova, Rasim Balayevlə yanaşı millət vəkili Qənirə Paşayeva da var. Maraqlıdır, görəsən sənət adamları bu haqqda nə düşünür? Məhz xalq artisti Rasim Balayevin fikri, yanaşması necədi?
Sualımıza cavab axtarmaq məqsədilə sevilən aktyor, xalq artisti R.Balayevlə əlaqə saxladıq. Bizimlə həmsöhbət olan sənətkar qəti şəkildə belə bir istəyinin olmadığını söylədi:
"Birincisi məni təyin etməzlər. İkincisi də indiki halımla mən bacara bilmərəm. Çünki yaş o yaş deyil, orda gərək enerjili, sağlam adam olsun. O da məndə yoxdur. Odur ki, o işi bacarmaram. Hərənin ürəyindən bir arzu keçir. Amma mən özümü orada görmürəm, məmurluq mənə yaddır. Müəyyən sağlamlıq problemlərim var, o işin öhdəsindən gələ bilmərəm.
Rasim müəllim Mədəniyyət Naziri vəzifəsinə sənət adamlarının təyin olunmasını istəmədiyini də qeyd etdi:
“Azərbaycan mədəniyyətini dərindən bilən və hörmət edən, ona ürəkdən bağlı bir adamı görmək istəyərəm. Sənət adamı öz sənəti ilə məşğul olsa, daha yaxşıdır. Bu mədəniyyət işi, məmurluq tamam başqa şeydir. Sənətçi bu işə girişməsə, daha yaxşı olar. İkincisi də Prezident kimi məsləhət görəcək o da olacaq. Həm də təcrübədən də görürük ki, sənətçilərin nazir olması o qədər effekt vermir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət