Ağ Evdən açıqlama: Türkiyə F-35 proqramına qayıda bilər
09:25 01.02.2024
Gündəm
349
ABŞ-dən F-35 açıqlaması gəlib. Türkiyəyə təyyarə satışı ilə bağlı mübahisənin davam etdiyi vurğulanıb. Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi S-400 raketdən müdafiə sistemi ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyənin yenidən F-35 proqramına qoşulmasının mümkün olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Kirbi gündəlik mətbuat brifinqində F-35-lərlə bağlı sualı cavablandırıb.
Kirbi Türkiyəyə F-16-ların satışından sonra bu ölkənin F-35 proqramına qayıda bilməyəcəyi sualına isə hazırda bu mövzuda heç bir dəyişiklik və ya inkişaf olmadığını cavablandırıb.
Kirbi, "Bu mövzuda danışıqlarımız davam edir. Türkiyə bu mövzuda narahatlığımızı aradan qaldıra bilsə, o zaman F-35 proqramındakı iştirakı bərpa edilə bilər" deyib.
Türkiyədə danışıqlar aparan ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Rusiyadan alınan S-400 raketdən müdafiə sistemi ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyəni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaqlarını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol