"Ermənistan 4 kəndi birinci mərhələdə qaytarır"- Politoloq
Yusif Nəzərli
23:23 09.03.2024
Gündəm
456
"Bakı-İrəvan müzakirələrində Qazaxın işğal altında qalan 7 kəndindən 4-nün – anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılması məsələsi yenidən aktuallaşıb. Son günlər Ermənistanda da rəsmi dairələr və media bu məsələyə köklənib, ermənilərin ümumi ictimai rəyinə görə, kəndlər qaytarılacaq".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi-şərhçi Asif Nərimanlı deyib. Politoloq proqnozlaşdırır ki, 4 kənd birinci mərhələdə qaytarılır, digər 4 kənd – Qazaxın anklav olan 3 kəndi Sofulu, Yuxarı Əskipara və Bərxudarlı, Sədərəyin Kərki kəndinin qaytarılması (8 kəndlə bağlı iki mərhələli həll planın olduğu haqda hələ ötən ilin dekabrda yazmışdıq)ikinci mərhələdə müzakirə olunur:
"Martın 7-də sərhəddə keçirilən görüşdən sonra Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın açıqlamasından aydın olur ki, Azərbaycan anklav olmayan 4 kəndin dərhal azad edilməsini tələb edir. Ermənistanla delimitasiya üzrə komissiyaya rəhbərlik edən baş nazirin müavini Şahin Mustafayevin adından yayılan rəsmi məlumatda da 4 kənd tələbi təsdiq edilir.
Rəsmi İrəvan Bakının tələbi qarşısına “31 erməni kəndinin qaytarılması” iddiası ilə çıxır. Söhbət sərhəd bölgəsində Azərbaycan ordusunun nəzarət zonasına düşən ərazilərdən gedir. Ki, bu ərazilərin bir hissəsi 44 günlük müharibədən sonra işğal dövründə ermənilərin qanunsuz şəkiləd irəli çəkdiyi dövlət sərhədinin bərpası zamanı nəzarətə götürülüb, bir hissəsi isə I Qarabağ müharibəsindən sonra. Azərbaycan-Ermənistan sərhədi şərti olduğu üçün İrəvanın 31 kənd iddiası əsassızdır, ümumilikdə isə onların “erməni torpağı” adlandırdığı sərhəd bölgəsindəki ərazilər SSRİ dövründə ermənilərə otlaq və əkin sahəsi adı altında verilib. Ermənistanın “31 kənd” istəyi həm də qoşunların geri çəkilməsi planına nail olmağa hesablanıb.
Mövcud vəziyyətdə Bakının tələb etdiyi 4 kəndin qaytarılmasının hərbi müstəvidə reallaşması daha real variant kimi görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi