Rusiyalı yazıçı Boris Akuninə 14 il qiyabi həbs cəzası verilib - YENİLƏNİB
14:11 14.07.2025
Hadisə
279
Rusiyalı yazıçı Boris Akunin terrorizmə çağırış və Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaydığına görə qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, axtarışa verilən yazıçı barəsində məhkəmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəkməklə 14 il qiyabi həbs qərarı çıxarıb.
***
15:33
Prokuror rusiyalı yazıçı Boris Akuninin qiyabi 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, terrorçuluğa haqq qazandırmaq və digər cinayətlərdə qiyabi ittiham olunan Akuninin işi üzrə məhkəmə keçilib. Dövlət ittihamçısı yazıçının 18 il qiyabi həbsini məhkəmədən xahiş edib.
Prokuror Akuninin 400 min rubl cərimələnməsini də istəyib.
Qeyd edək ki, Akunin Ukrayna ilə müharibənin əleyhinə çıxıb. Rusiya İstintaq Komitəsi yazıçının Rusiya Federasiyasının konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinin zəruriliyini bəyan etdiyini və Ukraynanın "terror fəaliyyətinə" haqq qazandırdığını açıqlayıb.
"Qriqori Çxartişvili 2024-cü ildə məhkəmə tərəfindən iki dəfə xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozmaqda təqsirli bilinib. Buna baxmayaraq, o, Rusiya qanunvericiliyinə məhəl qoymayaraq, xarici agentlərə qoyulan məhdudiyyətləri pozmaqda davam edib", - İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib. Akunin Rusiya Federasiyasında xarici agent kimi tanınıb, terrorçular və ekstremistlər siyahısına daxil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region