“Audiovizual media mühitində universal jurnalist” mövzusunda keçirilən təlimlər yekunlaşıb
Yusif Nəzərli
14:04 13.10.2022
Media
794
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə telejurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda keçirilən təlimlər yekunlaşıb. Təlimlərə Azərbaycan televiziyalarında fəaliyyət göstərən jurnalistlər cəlb edilib.
"Sherg.az" xəbər verir ki, keçirilən təlimlərin məqsədi televiziyada xəbər istehsalının təkmilləşdirilməsi, rəqəmsallaşmanın stimullaşdırılması, audiovizual istiqamətdə xarici bilik və təcrübələrin tətbiqinin genişləndirilməsi və daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır.
4 gün müddətində jurnalistlərə “Əl-Cəzirə” Media Şəbəkəsinin telejurnalisti Mohamed Elatyeb tərəfindən “mobil jurnalistika”, “video jurnalistika”, “televiziya jurnalistikası”, təkbaşına tam televiziya məzmununun hazırlanması üçün öyrənilməli və əldə edilməli olan bacarıqlar, xəbər otaqlarının işləmə mexanizmi, televiziya istehsalı və xəbər dünyasına daxil olan yeni proqram təminatları və s. mövzularda təlimlər keçirilib, interaktiv müzakirə sessiyaları olub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Telejurnalistlər üçün keçirilən “Audiovizual media mühitində universal jurnalist” təlim proqramının media sahəsində yeni trendin başlanğıcına, keyfiyyətli kontent yaradılmasına, jurnalistlərin peşəkar inkişafına, xarici təcrübəyə əsaslanan nəzəri biliklərin artırılmasına və yerli mediada tətbiqinin reallaşdırılmasına töhfə verməsi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya