Audiovizual Şura radio yayımları ilə bağlı müsabiqələrin qaliblərini elan edib
Yusif Nəzərli
11:11 23.09.2022
Media
545
Audiovizual Şura radio yayımları ilə bağlı müsabiqələrin qaliblərini elan edib.
Bu barədə Şura məlumat yayıb.
Qeyd olunub ki, Şuranın növbəti iclası keçirilib. İclasda 3 (üç) ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqələrə yekun vurulub və qaliblər elan olunub.
İlk olaraq müsabiqələrə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki imkanlarının, yaradıcılıq və kadr, habelə maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının geniş məruzəsi və rəyi dinlənilmişdir. Daha sonra Şura üzvləri ayrı-ayrılıqda müsabiqələrdə iştirak edən iddiaçılar haqqında fikirlərini bildirmişlər.
İclasın sonunda 3 müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 7 iddiaçı arasında daha üstün texniki, yaradıcı, kadr və iqtisadi potensiala malik olan 3 iddiaçı – “NHR” MMC (radio redaksiyanın adı “Yurd FM”), “Bakı FM” MMC (radio redaksiyanın adı “Bakı Hit FM”), “Retro FM” MMC (radio redaksiyanın adı “Bakı Retro FM”) - qalib elan olunmuş və hər bir müsabiqə üzrə yekun qərarlar verilmişdir.
Şuranın müvafiq qərarlarına əsasən Bakı şəhərindəki “Bakı Teleqüllə Kompleksi”ndən 90.7 MHs, İsmayıllı rayonundakı “İvanovka” RTYS-dan 104.5 MHs, Lənkəran rayonundakı “Lənkəran” RTYS-dan 89.6 MHs, Şuşa rayonundakı “Şuşa” RTYS-dan 98.0 MHs, Zaqatala rayonundakı “Danaçı” RTYS-dan 90.9 MHs “Yurd FM” radio kanalının yayımı üçün “NHR” MMC-nin istifadəsinə, Bakı şəhərindəki “Bakı Teleqüllə Kompleksi”ndən 93.0 MHs, İsmayıllı rayonundakı “İvanovka” RTYS-dan 98.8 MHs, Lerik rayonundakı “Lerik” RTYS-dan 107.5 MHs, Şuşa rayonundakı “Şuşa” RTYS-dan 96.1 MHs, Ağstafa rayonundakı “Poylu” RTYS-dan 88.4 MHs radiotezlikləri “Bakı Hit FM” radio kanalının yayımı üçün “Bakı FM” MMC-nin istifadəsinə, Bakı şəhərindəki “Bakı Teleqüllə Kompleksi”ndən 93.3 MHs, Ağsu rayonundakı “Gülüstan” RTYS-dan 102.1 MHs, Lerik rayonundakı “Lerik” RTYS-dan 91.3 MHs, Şuşa rayonundakı “Şuşa” RTYS-dan 97.1 MHs, Quba rayonundakı “Dağlı” RTYS-dan 93.3 MHs radiotezlikləri “Bakı Retro FM” radio kanalının yayımı üçün “Retro FM” MMC-nin istifadəsinə ayrılmışdır.
Daha sonra iclasda Şəmkir rayonunda yerləşən “Atabəy” radio-televiziya stansiyasından 22-ci TV yayım kanalından yayımlanan yerüstü rəqəmsal açıq (sosial) televiziya paketinin qəbulunda maneələr yarandığından açıq (sosial) paketin yayımının həmin stansiyadan 35-ci TV yayım kanalından həyata keçirilməsi haqqında qərar qəbul olunmuşdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol