Azərbaycan KİV rəhbərlərinin Moskvaya səfər proqramı başlayıb
16:01 01.07.2019
Media
1107
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı başlayıb. Nümayəndə heyətinin Rusiyanın jurnalist təşkilatları və aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.
"Sherg.az" xəbər verir ki, səfər proqramı iyulun 1-də başlayıb və ilk görüş Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində keçirilib. Səfir Polad Bülbüloğlu nümayəndə heyətini salamlayaraq, Azəbaycanın aparıcı KİV qurumlarının Rusiya Federasiyasına səfər proqramını müsbət dəyərləndirdiyini bildirib. O, iki ölkənin KİV qurumlarının əlaqələrinin güclənməsinin hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb. Səfir Azərbaycan və Rusiyanın müştərək maraqlarına xidmət edən proqramlar barədə də məlumat verib. Bu proqramların reallaşması üçün medianın dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb və Azərbaycan media təmsilçilərinin Moskvaya səfərlərinin bu yöndə ciddi önəm daşıdığını vurğulayıb.
KİVDF-nin icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Rusiya -Azərbaycan media təmsilçilərinin sıx təmaslarının zəruri olduğunu, bunun üçün həm Rusiya, həm də Azərbaycan dövlətinin dəstəyinin önəmli olduğunu vurğulayıb. Səfir Polad Bülbüloğlu iki ölkə KİV-lərinin təmaslarının gücləndirilməsi üçün səlahiyyətləri çərçivəsində bütün dəstəyi verməyə hazır olduqlarını qeyd edib.
Nümayəndə heyətinin növbəti görüşü "İTAR-TASS" İnformasiya Agentliyində keçirilib. Nümayəndə heyətinin üzvləri öncə Agentliyin iş mühiti ilə tanış olublar. Daha sonra Baş redaktor Maksim Filimonovla görüş keçirilib. Səmimi diskussiya şəraitində keçirilən görüşdə tərəflər qarşılıqlı maraqları və əlaqələrin inkişafı üçün fikirlərini çatdırıblar.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru, KİVDF-nin Müşahidə şurasının sədri Həsən Həsənov, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rəşad Nəsirov, “AzərTAC” İnformasiya Agentliyinin redaksiya müdir müavini Əziz Məmmədov, “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov daxildir.
Görüşlər davam edir. Səfər proqramı iyulun 4-dək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı