Azərbaycanda sayt rəhbərinə xəbərdarlıq edildi
Yusif Nəzərli
15:23 08.09.2022
Media
625
Bəzi din xadimlərinin qanunazidd mülahizələrinin sosial mediada yayılması səbəbindən bir sıra şəxslərə, o cümlədən cəbhə.info xəbər portalının sahibi, eyni adlı MMC-nin təsisçisi və direktoru Becanov Rəfail Zəkəriyyə oğluna “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən xəbərdarlıq elan edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir:
“Son dövrlərdə Azərbaycan xalqının tarixi dini ənənələrinə zidd olan sözdə məzhəbarası mübahisələrin çirkin məzmununun sosial şəbəkələrə çıxarılması insanlar arasında təşviş və narahatçılığa səbəb olur. Azərbaycan cəmiyyətinə xas olmayan, ölkəmizdə formalaşmış nikah və ailə dəyərlərinə zidd olan bəzi coğrafi bölgələrin qədim ənənələrinin islam pərdəsi altında insanlara aşılanması cəhdləri müşahidə olunur.
Azyaşlı qızların “dini nikah”a zorla daxil edilməsi və onlarla münasibətlərin qurulması Azərbaycan Konstitusiyası və ölkə qanunveriliciyinin tələblərinə zidd olmaqla insan hüquqlarının birbaşa pozulmasıdır”.
Baş Prokurorluq vətəndaşlara müraciət edərək bildirir ki, dünyəvi dövlət daxilində dini etiqadlar arasında mövcud əmin-amanlıq şəraitinə xələl gətirən şəxslərin qanunsuz əməllərinin qarşısının alınması qətiyyətlə davam etdiriləcək və qanunvericiliklə nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət