Baş redaktor: "Müxtəlif vasitələrlə dövlətimizə təzyiq göstərməyə çalışırlar"
Fidan Həmişəyeva
13:13 21.08.2019
Media
769
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov xaricdə fəaliyyət göstərən siyasi mühacirlərlə bağlı feysbuk hesabında paylaşım edib. O, bildirib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır:
“Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.
Maraqlıdır, ölkəmizə qarşı təbliğat aparan mühacirlərin sahibi olduğu internet televizyalarının maliyyə mənbəyi haradan qaynaqlanır?
Məsələ ilə bağlı Sherg.az-a danışan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, günü-gündən Azərbaycanın inkişafını gözü götürməyən bəzi qüvvələr məhz internet televiziyası vasitəsilə öz təbliğatlarını aparırlar.
Baş redaktorun sözlərinə görə, müxtəlif beynəxalq təşkilatların layihələri var ki, onlar müəyyən dövrlərdə ölkələrə qarşı təxribatlar hazırlayırlar:
“Şərq və müsəlman ölkələrinə baxanda son dövrlər baş verən təxribatlarda bəzi dairələrin və fondların əli ilə müxtəlif dövlətlərin daxili işinə müdaxilələr olunur. Hətta hakimiyyətlə xalqın birliyi olmayan dövlətlərdə çevirilişlər baş verir. Rəsmi inqilablar silsiləsi buna bariz nümunədir. Bu gün mühacirlərin həyata keçirdiyi layihə vasitələrindən biri də məhz internet üzərindən yayımlanan görnütülü resurslardır. Əli müəllimin də dediyi kimi, bu gün ən aktual məsələ internet televiziyalarıdır. Amma təkcə internet televiziyaları deyil, internet üzərində təbliğat aparmaq mexanizmi güclüdür. İnternet televiziyaları isə görüntülü olduğu üçün insanlara ciddi təsir edə bilir”.
B.Quliyev qeyd edib ki, Azərbaycanı sevməyən, inkişafımızı görmək istəməyən, daxili və xarici siyasətimizin əleyhinə kampaniya aparan bəzi qurum və fondlar narahatdır:
“Ölkəmizin inkişafı həqiqətən də onlara xoş deyil. Onları narahat edən məqamlardan biri də Azərbaycanın müstəqil siyasət yürütməsidir. Ona görə də müxtəlif vasitələrlə dövlətimizə təzyiq göstərməyə çalışırlar. Bu vasitələrdən biri də məhz internet televiziyalarıdır. Hansı ki, bu gün Azərbaycana qarşı aparılan mənəvi və əxlaqi terror kampaniyası məhz həmin televiziyalar vasitəsilə həyata keçirilir”.
Mühacirələrin internet TV-lərinin maliyyələşməsinə gəlincə, baş redaktor vurğulayıb ki, ölkəmizə qarşı olan müəyyən fond və qurumlar siyasi mühacirlərə maddi yardım göstərirlər:
“Onlar ölkəmizin mənəvi dəyərlərini aşağılamağa, əxlaqi keyfiyyətlərimizi deqradasiyaya uğratmağa çalışırlar. Bu istiqamətdə internet televiziyası vasitəsilə müxətlif layihələri həyata keçirirlər. Məlumdur ki, bu gün internet sözün əsl mənasında dünyanı idarə edir. Biz internet üzərindən yayılan informasiyalara baxırıqsa, onun populyarlığını təsdiq etmiş oluruq. Videoların reytinqi artıqca həmin televiziyaların reklam almaq imkanları artır. Belə olduğu halda müxtəlif beynəlxalq xarici şirkətlər və Azərbaycana qarşı olan fondlar bu reklamlarda maraqlı olurlar. Beləliklə onlar, ölkəmizin əleyhinə yönləndirilmiş missiyadan məharətlə istifadə edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm