BDU - da Jurnalistika fakültəsi tələbələrinin praktik yaradıcılıq nümunələrinin təqdimatı keçirilib - FOTO
Yusif Nəzərli
16:30 15.12.2022
Media
1496
Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin ikinci kursundə tədris olunan "Analitik jurnalistika" fənn çərçivəsində yarımillik hesabat keçirilib.
Tədbirdə fakültə dekanı Vüqar Zifəroğlu, kafedra müdirləri Xatirə Hüseynova, Aynur Nəsirova, professor Qulu Məhərrəmli, "Bütöv Azərbaycan" qəzetinin təsisçisi Tamxil Ziyəddinoğlu, "Şərq" qəzetinin redaktoru Ayyət Əhməd, müəllim Kənan Novruzov və ikinci kursda təhsil alan bir qrup tələbə iştirak edib.
"Sherg.az" xəbər verir ki, tədbir çərçivəsində tələblərin semestr ərzində müxtəlif KİV- də, o cümlədən "525-ci qəzet"də, "Şərq" qəzetində, "Bütöv Azərbaycan" qəzetində dərc olunan yazılarının təqdimatı keçirilib.
Xatirə Hüseynova tədbiri giriş sözü ilə açıb. O, Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün nəzəriyyə və təcrübənin vəhdətinin vacibliyindən danışıb. Natiq bildirib ki, tələbələrin indidən praktik bilik və bacarıqlara yiyələnməsi çox vacibdir.
Dekan Vüqar Zifəroğlu fakültədəki ənənələri xatırladıb. Çıxışçı söyləyib ki, tələbələrin erkən vaxtlardan praktikika ilə məşğul olmaları onlar üçün üstünlükdür. O, tələbə - jurnalistlərə praktika ilə mümkün qədər çox məşğul olmalarına dair tövsiyə verib.
Professor Qulu Məhərrəmlinin sözlərinə görə bu cür təşəbbüslər tələbələrin peşəkarlaşmasında mühüm rol oynayır. O, tələbə- jurnalistləri növbəti kurslarda da praktik yaradıcılıqla məşğul olmağa çağırdı.
Sonra qonaqlar Tamxil Ziyəddinoğlu ilə Ayyət Əhməd jurnalistikanın müasir inkişaf meyillərindən söz açdılar. Onlar bundan sonra da tələbələrə dəstək olmağa, jurnalistika fakültəsi ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdilər.
Müəllim Kənan Novruzov yaradılan şəraitə görə fakültə rəhbərliyinə minnətdarlığını bildirdi. O, göstərilən etimadı bundan sonra da doğrultmağa çalışacağını söylədi. Kənan Novruzovun fikrincə, tələbələrin praktik fəaliyyətlə məşğul olmaları onların gələcəkdə iş tapmalarına, nəzəriyyədə öyrəndiklərini daha yaxşı mənimsəməyə, həmçinin ictimai fiqurları tanımalarına kömək olur.
Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı və xatirə fotosu çəkildi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya