Bizimkilər də seçkiyə gedir - Deputat olmaq istəyən qələm əhlinin SİYAHISI
Fidan Həmişəyeva
14:32 23.12.2019
Media
1681
2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkilərində bir çox jurnalistlər iştirak edəcəklər. Həmin jurnalistlər arasında nisbətən daha gənc olanları da, ilk dəfə seçkiyə qatılanları da, artıq bir neçə dəfə namizəd olanları da var.
Sherg.az namizədliyini irəli sürən qələm əhlinin siyahısını təqdim edir:
Mətbuat Şurasının sədri, 5-ci çağırış Milli Məclisin deputatı Əflatun Amaşov yenidən namizəd olacağını açıqlayıb. O, yenə də, 62 saylı Salyan seçki dairəsindən namizədliyini irəli sürəcək.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da deputatlıq iddiasındadır. O, namizədliyini 35 saylı Xətai 3-cü seçki dairəsindən irəli sürüb.
Seçkilərdə iştirak edəcək jurnalistlərdən biri də Azər Həsrətdir. Tanınmış jurnalist namizədliyini 55 saylı Xaçmaz şəhər dairəsindən irəli sürəcək.
“Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarovun sözlərinə görə, ya 94 saylı Bərdə kənd, ya da 93 saylı Bərdə şəhər dairəsindən namizədliyini irəli sürəcək.
"Gundeminfo.az” saytının rəhbəri Razi Abasbəyli 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən deputatlığını irəli sürdüyünü açıqlayıb.
Deputatlığa namizəd olan Dia.az saytının baş redaktoru Məhəmməd Ərsoy isə artıq 47 saylı Mingəçevir seçki dairəsi üzrə imza toplayır.
Tanınmış jurnalist Süleyman İsmayılbəyli 1 saylı Yevlax rayonundan deputatlığa iddiasını ortaya qoyub.
Növbədənkənar parlament seçkilərində iştirak edəcək jurnalistlərdən biri də Yelena Eyvazlıdır. O, bildirib ki, parlament seçkilərində öz gücünü sınamağı planlaşdırır. Yelena xanım hələlik hansı dairdən namizəd olacağını açıqlamayıb.
Gən jurnalist Tural Turan isə namizədliyini 102 saylı Samux-Şəmkir dairəsindən irəli sürüb.
REAL TV-nin müxbiri Ləman Ələşrəfqızı seçkilərə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən qatılacaq.
Tanınmış jurnalist Jalə Mütəllimova isə Ana Vətən Partiyası siyahısı ilə namizəddir. Jalə xanım 92 saylı Zərdab-Ucar Seçki Dairəsinin seçicilərini Milli Məclisdə təmsil etmək istəyindədir.
Tanınmış jurnalistlər Zahir Əzəmət və Ceyhun Musaoğlu isə eyni dairədə mandat mübarizəsi aparacaqlar. Belə ki, hər iki həmkarımız 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizədliklərini irəli sürüblər.
Jurnalist, şəhid oğlu Zaur Əhməd seçkilərə öz doğma yurdu Cəbrayıldan qoşulur. O, artıq 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Z.Əhməd imza vərəqələrini götürüb, imzatoplama prosesinə başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya