Bursada "Türk Dünyası Yeni Nəsil Mediya Seminarı" gerçəkləşib - FOTO
Yusif Nəzərli
10:01 22.12.2022
Media
1092
Türkiyənin Bursa şəhərində Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya Rəhbərliyi ilə Bursa şəhər Bələdiyyəsinin birgə düzənlədiyi "Türk Dünyası Yeni Nəsil Mediya Seminarı" gerçəkləşdirildi. Türkiyənin bir çox tanınmış mediya qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi toplantıya Azərbaycan, Qazaxıstan və Özbəkistandan da qatılanlar var idi. Seminarı giriş sözü ilə açan Bursa şəhər Bələdiyyə sədri Alinur Aktaş iştirakçıları salamlayaraq, Türk Dünyasına xidmət edən belə bir toplantıya ev sahibliyi etdikləri üçün məmnunluğunu ifadə etdi. O bildirdi ki:
"Bursa hər zaman Türk Dünyasına körpü olub, keçən il bu şəhər Türk Dünyasının mədəniyyət paytaxtı elan edildiyində möhtəşəm tədbirlər gerçəkləşdirdik və həmin proqramlarımızda Türk Cumhuriyyətlərindən onlarla soydaşımız iştirak edirdi. Gələn il üçün mədəniyyət paytaxtını qardaş Azərbaycana - Şuşa şəhərinə dövr etdik, amma buna baxmayaraq biz yenə də könül coğrafiyamızda bu tədbirləri keçirməyə davam edəcəyik. Bu tədbirlərin keçirilməsində və geniş ictimaiyyətə çatdırılmasında mediyanın rolu böyükdür. Bütün dəyərli mediya mənsublarına uğurlar diləyir, hər kəsə gerçəkləri çatdırmağa və müasir dünyamızdakı dezinformasiyaya qarşı birgə mücadilə etməyə çağırıram".
Daha sonra Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya Rəhbəri Fəxrəddin Altun vidyo mesajla iştirakçıkarı salamladı, seminarın ölkələrimiz və Türk Dünyasına xeyirlərə vəsilə olmasını dilədi. O, dezinformasiyanın daha çox digital məcralarda yayılmasını nəzərə alaraq, məsuliyyətli peşə sahibi olan jurnalistlərin görəvinin dezinformasiya və qaralama kampaniyalarına qarşı mübarizədə yalnız həqiqət mücadiləsi yürütmək olduğunu bildirdi. F. Altun həmçinin Türk Dünyası arasında mediya və kommunikasiya sahəsində güclü iş birlikləri və ortaqlıqların önəmini xüsusi vurğuladı.
Seminarın "dezinformasiya və nifrət söyləmləri ilə mücadilə və "digital mediya və internet qəzetçilik" başlıqlı panellərində çıxış edən jurnalistlər Türkiyə mətbuatının keçmişi ilə bu gününü müqayisə etdilər, dezinformasiya ilə mücadilə yollarını müzakirə edərək, bununla bağlı dövıətin çıxardığı yeni qanunun önəmli olduğunu qeyd etdilər. Bəzi jurnalistlər bu gün daha çox digital mediyanın yaygın və praktik olmasından danışarkən, bəziləri də yazılı mətbuatın gərəkliliyini vurğuladı. Tədbirdə çıxış edən Türkiyənin "Star" qəzetinin köşə yazarı, Azərbaycanlı jurnalist Sevil Nuriyeva isə müstəqil mətbuatın olmamasından və daha yaxşı gələcək üçün müstəqil mətbuatin vacibliyindən danışdı. Proqramın sonunda panel iştirakçıları digər jurnalistlərin suallarını cavablandırdı və panelistlərə plaketlər təqdim edildi.
Yaqut Misirxanlı
Bursadan xüsusi olaraq "Şərq" qəzeti üçün
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya