Deputatlığa namizədlərə təklif: Çap mediasında təbliğat daha effektlidir
Fidan Həmişəyeva
08:14 10.01.2020
Media
965
“Parlament seçkilərində namizədliyini irəli sürən şəxslərin təbliğat kampaniyasını aparmasında çap mediasına zəif maraq göstərdiyini söyləmək düzgün olmazdı. Çünki hələlik rəsmi olaraq təbliğat-təşviqat kampaniyasına başlanmayıb”.
Bu fikriləri Sherg.az-a açıqlamasında “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, rəsmi təbliğata start verilmədiyi üçün kimin hansı media orqanına üstünlük verəcəyini demək çətindir:
“Əlbəttə, ötən təcrübələrdən çıxış etsək, deyə bilərəm ki, çap mediasına meyl zəif olub. Amma bu gün xüsusilə kənd yerlərində seçki fəaliyyətinə çap mediada qurulan təbliğat daha çox yaraya bilər. Keçmişdə də görmüşdük ki, çap olunan qəzetlər namizədlərin seçki platformasını, demək istədiyi sözləri daha əyani formada seçicilərlə ünsiyyətdə olub çatdırmaq üçündür. Ən azı kütləvi şəkildə qəzetin götürülməsi və seçki dairəsində yayılması daha çox effekt verir”.
A.Quliyevin sözlərinə görə, kənd və rayon yerlərində əyani təbliğat vasitələrinə daha çox əhəmiyyət verildiyi heç kimə sirr deyil:
“Məsələn, buraxılan bukletlər insanların marağına səbəb olur. Həmin bukletlərin bir forması da məhz qəzetlərin seçicilər arasında yayılmasıdır. Ona görə də çap mediasını təbliğat kampaniyasında üstünlükləri var. Namizədlərin bu üstünlüklərdən nə dərəcədə istifadə edəcəkləri onların işidir.
Hazırda daha çox sosial şəbəkələrə meyl edirlər. Amma insanlar arasında sosial şəbəkələrə meyl zəifləməyə başlayacaq. Çünki cəmiyyət dəyərləndirir ki, sosial şəbəkələrdə o qədər yalan və peşəkar hazırlanmamış, təsadüfi mənəbələrə əsaslanan xeyli sayda məlumatlar yayılıb. Ona görə də sosial şəbəkələr informasiya və ictimai rəyə təsir göstərmək baxımından getdikcə mötəbərliyini itirir. İndiki şəraitdə saytlar və çap medianın mötəbərliyi, cəmiyyətin gözündə nüfuzu qalxmasa da, stabil dayanıb. Lakin sosial şəbəkələr öz reytinqini itirməyə başlayır. Belə şəraitdə əlbəttə namizədlər həm çap, həm də onlayn mediaya üstünlük verəslər daha çox nüfuz qazana bilərlər. Çap mediada dərc olunmuş platformanı əyani təbliğat vasitəsi kimi yaymaq imkanı var. Saytlarda isə yayılan materiallar cəmiyyətin inamını daha çox təmin edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə