Fəxrəddin Altun: "Türk dünyasına qarşı olan iftiralara qarşı birgə mübarizə aparmalıyıq"
Yusif Nəzərli
09:57 21.12.2022
Media
1025
"Türk dünyasına qarşı olan iftiralara qarşı birgə mübarizə aparmalıyıq".
"Report"un yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Bursa şəhərində "Türk dünyası yeni nəsil media fəaliyyətləri" ilə bağlı keçirilən forumda videoformatda çıxışı zamanı deyib.
"Yeni elektron media və informasiya texnologiyaları əlaqələrimizi sürətləndirməklə yanaşı, həm də dezinformasiya və qaralama kampaniyalarını da ortaya çıxardı. Bundan da daha çox əziyyət çəkən türk dünyası oldu", - F.Altun vurğulayıb.
Bu təhdidlərlə mübarizə aparmaq üçün türk dünyasının ortaq fəaliyyətlərinin genişləndirilməsinin vacibliyini vurğulayan Fəxrəddin Altun deyib ki, bu məqsədlə bu ilin may ayında İstanbulda Türk Dövlətləri Təşkilatlarının (TDT) media fəaliyyətlərinə məsul olan nazir və müvafiq media rəhbərlərinin toplantısı da bu məqsədə xidmət edib və bugünkü tədbir də belə mübarizə tədbirlərinin silsilə davamıdır.
F.Altun bu istiqamətdə türk dünyasının birgə fəaliyyətləri, təcrübələri bölüşməklə qarşıdakı maneələrin dəf olunacağına inandığını bildirib:
"Bu çərçivədə türk dünyası yeni nəsil media forumunu çox dəyərləndirirəm. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, eyni məqsədlər üçün daha sıx və bir çətir altında birləşməliyik, türk dövlətləri ilə müştərək hərəkət edərək ortaq platformalar qurmalıyıq. Biz də qlobal dezinformasiyaya qarşı Türkiyə olaraq türk dünyasına tam dəstək verməyə hazırıq. Bu sahədə güc birliyimizi birləşdirməliyik, regionda və dünyada fəaliyyətlərimizi ən üst səviyyəyə daşımaqla daha adil, ədalətli dünyanın yaranmasına dəstək verməliyik. Bu əsrin türk dünyası əsri olduğu üçün aramızdakı əlaqələrimizi daha da gücləndirməliyik".
Qeyd edək ki, "Türk dünyası yeni nəsil media fəaliyyətləri" panelində Azərbaycanı İctimai Televiziyanın Türkiyə Bürosunun rəhbəri Ramin Hüseynov təmsil edib.
Tədbirdə Türkiyənin “Star” qəzetinin yazarı Sevil Nuriyeva da iştirak edib. Tədbir iki gün davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya