Jurnalistlər də seçkiyə qatılır: Bələdiyyə üzvü seçiləcəklərinə ümid edirlər
Turan
11:49 23.11.2019
Media
1156
Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesinin birinci mərhələsi başa çatıb. Seçkiyə qatılanlar arasında jurnalistlər də var. Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınan jurnalistlərdən biri “Azadinform” informasiya agentliyinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyevdir.
O, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən Binəqədi qəsəbəsi Bələdiyyəsinin üzvlüyünə namizəddir:
“Bildiyiniz kimi, hər bir namizəd ilkin mərhələdə bələdiyyə üzvü seçilməlidir. Mən də bələdiyyə üzvü seçilmək üçün mübarizə aparacağam. Artıq tələb olunan imzaları toplayıb Dairə Seçki Komissiyasına təqdim etmişəm, qeydiyyata da alınmışam. Bələdiyyə üzvü seçiləcəyim təqdirdə həm mediada, həm də vətəndaş cəmiyyətində fəaliyyətimi davam etdirəcəyəm”.
“Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli də namizədlər arasındadır. Onun namizədliyi 34 saylı Xətai İkinci seçki dairəsindən qeydə alınıb. E.Cəfərli bildirib ki, ilk dəfədir seçki yarışına qatılır və seçkilərin demokratik keçiriləcəyinə ümid edir:
“Seçkiyə jurnalist həmkarlarımın təşəbbüsü ilə qatıldım. Namizədliyin qeydə alınması üçün 150 imza tələb olunurdu. İki gün ərzində tələb olunan imza sayından çox toplayaraq dairə seçki komissiyasına təqdim etdim. Əqidə dostlarım, həmkarlarım bu işdə mənə yaxından dəstək verdi. Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər planlaşdırırıq. Xətai rayonunun problemlərini bilirəm. Bu və digər məhəlli problemlərin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlar qarşısında məsələ qaldırmış, bir çoxunun həllinə nail olmuşuq. Onsuz da faktiki olaraq yaşadığım ərazinin problemlərinin həllinə çalışırdım. Xətai sakinləri 23 dekabr seçkilərində mənə etimad göstərib, rayon bələdiyyəsinə üzv seçərlərsə, problemlərin həlli ilə daha yaxından məşğul olmaq imkanı yaranacaq”.
“Editor.az” saytının baş redaktoru Fərid Şahbazlının da bələdiyyə seçkilərində namizədliyi təsdiqlənib. O, 22 saylı Nəsimi ikinci seçki dairəsindən Nəsimi bələdiyyəsi üzvlüyünə mübarizə aparacaq:
“Seçkilərə bitərəf namizəd kimi qatılsam da, əslində mənim tərəfim hər zaman olduğu kimi bəllidir. Mən Azərbaycan dövlətinin, xalqının və onun başçısının milyonlarla sıravi əsgərindən biriyəm. Nəticədən asılı olmayaraq, maraqlı bir seçki prosesi üçün çalışacağıq. Allah utandırmasın!”.
“Unikal.org” saytının əməkdaşı Famil Fərhadoğlu da namizədlər arasındadır. Jurnalist bildirib ki, son zamanlar ölkədə aparılan islahatlar onu seçkilərə qatılmağa sövq edib:
“Son dövrlər Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün dövlət və xalqın maraqları nəzərə alınmaqla mühüm addımlar atılır. Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara etimad göstərilir. Ölkə başçısının bu istiqamətdəki mesajı prosesə qoşulmağım üçün vəsilə oldu. Mən də cənab Prezidentin bu çıxışını bir gənc kimi müsbət qarşıladım. Qərara aldım ki, dekabrın 23-ü ölkədə keçiriləcək Bələdiyyə seçkilərində namizəd kimi iştirak edim. Çünki mən də bir gənc kimi ölkəmizin inkişafı ilə bağlı cənab prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın atdığı addımlara dəstək vermək arzusundayam”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət