KIVDF-dən önəmli layihə – Beynəlxaq media ekspertləri də cəlb olundu
14:23 02.09.2020
Media
1594
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər təşkil olunacaq.
"Sherg.az" xəbər verir ki, Türkiyənin tanınmış media təlimçiləri – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık və “TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik təlimçi-jurnalist Bora Balar tərəfindən keçiriləcəkdir.
Təlimlərin keçirilmə tarixləri və mövzuları aşağıdakılardır:
1-ci Təlim: 10 sentyabr 2020-ci il – Ali Murat Kırık – “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”;
2-ci Təlim: 11 sentyabr 2020-ci il – Ali Murat Kırık – “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması”;
3-cü Təlim: 14 sentyabr 2020-ci il – Bora Balar – “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası”;
4-cü Təlim: 15 sentyabr 2020-ci il – Bora Balar – “Jurnalistikada saxta xəbər problemi: “fake news” və “deep fake”.
İştirak etmək arzusunda olan jurnalistlər Fondun rəsmi saytında müvafiq qeydiyyat formasını doldurmaqla təlimdə iştirak üçün müraciət edə bilərlər.
Təlimdə iştirak etmək üçün müraciətlər 2020-ci il sentyabr ayının 6-sı saat 00:00-dək təqdim edilməlidir.
İştirakçıların seçimi namizədin müraciət formasının tərkib hissəsi olan əsaslandırmaya dair ekspert tərəfindən təqdim olunmuş rəy nəzərə alınmaqla həyata keçiriləcəkdir.
Müvafiq təlimdə iştirak hüququ qazanmış namizədlərə 2020-ci il 9 sentyabr saat 18:00-dək müraciətlərində qeyd edilmiş əlaqə vasitələri ilə müvafiq məlumat veriləcəkdir.
Təlimdə iştirak etmiş iştirakçılara Fond tərəfindən müvafiq sertifikat və xatirə hədiyyələri təqdim ediləcəkdir.
Fond tərəfindən jurnalistlər üçün təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.
Ünvan: Bakı ş., Mətbuat prs. 529-cu məh., Azərbaycan Mətbuat Evi, III mərtəbə.
Telefon: (012) 537-19-45; (012) 537-19-41
E-poçt: info@kivdf.gov.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya