MEDİA: “Reyestr istifadəyə verildikdən sonra müraciətlərin qəbuluna başlanılacaq” - FOTO
Yusif Nəzərli
15:24 11.10.2022
Media
711
“Media Reyestri istifadəyə verildikdən sonra həm media subyektlərinin, həm də jurnalistlərin müraciətlərinin qəbuluna başlanılacaq”.
Bunu “Report”a açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva bildirib.
O qeyd edib ki, “Media haqqında” qanun və media reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq, jurnalistin adının reyestrə daxil edilməsi üçün şərtlərdən biri, onun əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi bağladığı media subyektinin Media Reyestrində olmasıdır:
“Yəni ilk növbədə media subyekti Agentliyə müraciət edir, Media Reyestrinə daxil edilir və ona Media Reyestri şəhadətnaməsi təqdim olunur. Ondan sonra jurnalist fərdi qaydada MEDİA-ya müraciət edir və adı Media Reyestrinə daxil edildikdən sonra ona jurnalist vəsiqəsi təqdim ounur. Müraciət zamanı əmək müqaviləsi Elektron Hökumət Portalında sistemə inteqrasiya olunacaq. Əgər jurnalist media subyekti ilə mülki hüquq müqaviləsi əsasında əməkdaşlıq edirsə, bu zaman o sistemə həmin müqavilə haqqında məlumatlarla yanaşı, sənədin özünü də yükləməldir. Beləliklə, onun hansı media subyekti ilə əməkdaşlıq etdiyi, həmin subyektin Media Reyestrinə daxil edilib-edilməməsi aydınlaşdırılacaq və müvafiq qərar qəbul ediləcək”.
Mətbuat katibi Media Reyestrinə müraciətə hər hansı məhdudiyyət qoyulmadığını vurğulayıb:
“Yəni bu, davamlı bir prosesdir. Jurnalist vəsiqəsi 3 il müddətinə verilir. Media Reyestri şəhadətnaməsi isə müddətsizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya