Mərkəz rəhbəri: "Mətbuatdan xəbərsizlər işlədikləri qurumları nüfuzdan saldılar"
Turan
08:48 20.11.2019
Media
884
"5-6 il əvvələ kimi nazirlər, komitə sədrləri mətbuat xidmətlərinə, oradakı ştatlara qohum-əqrabanı yerləşdirmək üçün fürsət kimi baxırdılar”. Bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.
Tanınmış jurnalist bildirib ki, mətbuat xidmətinin rəhbəri olmaq nazirlərin baldızı qızlarının, qardaşı oğlanlarının boyuna biçilmişdi:
“Səlahiyyətli şəxslər bu posta ikinci dərəcəli vəzifə kimi baxırdılar. Bu diletant yanaşma tədricən onların əleyhinə işləməyə başladı. Mətbuatdan xəbəri olmayan, qəzetlə saytın fərqini ayırd edə bilməyən həmin adamlar işlədikləri nazirlikləri, komitələri nüfuzdan saldılar. Onlar təmsil etdikləri quruma, onun rəhbərinə qarşı yönəlmiş ittihamları cavabsız buraxmaqla “dayılarının” işini xeyli çətinləşdirdilər. Yalnız bundan sonra həmin məmurlar peşəkarlarla işləməyi qərara aldılar”.
S.Verdizadənin sözlərinə görə, son zamanlar bu sahədə müşahidə olunan müsbət tendensiya aparılan siyasətin nəticəsidir:
“Dövlət qurumlarının mətbuat xidmətlərinə rəhbərlik edənlər arasında son vaxtlar peşəkarların sayı xeyli artıb. Sosial şəbəkələrin əhəmiyyətini, təsir gücünü həmin peşəkarlar daha yaxşı dərk edirlər. Sosial şəbəkələr pulsuz təbliğat tribunalarıdır. Bu imkandan yararlanmaq lazımdır. Mətbuata açıq olmaq, cəmiyyəti maraqlandıran suallara aydınlıq gətirmək dövlət qurumlarının əsas vəzifəsidir. Bu vəzifəni yerinə yetirərkən heç kim bizə minnət qoymamalıdır. Rəhbər şəxslər mətbuat katiblərini seçərkən düzgün seçim etməlidirlər. Çünki bacarıqsız mətbuat katibi təkcə özünü deyil, həm də işlədiyi dövlət qurumunu biabır edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq