Mətbuat Şurasında toplantı: Şikayətlər üzrə Komissiyanın iclası keçirilib
17:12 29.11.2019
Media
551
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Şuradan verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Komissiya ilk olaraq Ağsu rayon sakini Səadət Mehdiyevanın “Bələdiyyə birliyi” qəzetinə qarşı şikayətini araşdırıb. Komissiya müəyyən edib ki, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 1-ci prinsipinin (Həqiqətə xidmət, dəqiqlik və obyektivlik) tələbləri pozulub. Qəzetdə Səadət Mehdiyeva haqqında dərc edilən yazıda kəskin ifadələr və ittihamlar yer alsa da, onun mövqeyi öyrənilməyib, material birtərəfli hazırlanıb. Qəzet təmsilçisi hərəkətlərini əsaslandırmaq üçün Komissiyaya heç bir tutarlı arqument təqdim etməyib. “Bələdiyyə birliyi” qəzeti ilə bağlı məsələnin geniş araşdırılmasının MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilməsinə dair rəy verilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin “Aktualinfo.org” xəbər portalına qarşı şikayəti də araşdırılıb. Şikayətçi bildirib ki, “Aktualinfo.org” xəbər portalında Universitet barədə tənqidi material yayılıb. Faktlar birtərəfli işıqlandırıldığı, əsassız ittihamlarla zəngin olduğu üçün redaksiyaya təkzib məktubu göndərilib. Təkzib dərc edilsə də, ona şərhlər qoşulub və kontekstdən çıxarılıb. Portal rəhbərliyi Komissiyanın yeni təkzib mətni dərc etməsi barədə tövsiyəsini qəbul edib.
Bakı şəhəri 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Abbasovun “Azxeber.com”, “Aktualxeber.az” saytlarına qarşı şikayəti, şikayətçinin iclasa qatılmaması və əsaslandırma üçün zəruri faktlar tədim etməməsi səbəbindən baxılmamış saxlanılıb.
“Qarabağ” qəzetinin əməkdaşı Əntiqə Aslanovanın qəzetin baş redaktoruna qarşı şikayəti də müzakirə edilib. Baş redaktor mövqeyini əsaslandırmaq üçün əlavə sənədlərə ehtiyacın olduğunu bildirib və müzakirələrin növbəti toplantıya keçirilməsini istəyib. Komissiya bu istəyi təmin edib, məsələnin müzakirəsi növbəti iclasa saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət