“Müstəqil mətbuat hər bir dövlət üçün gerb, bayraq və sərhəd qədər önəmlidir”
15:17 17.07.2019
Media
1614
Akif Aşırlı: “Sevindiricidir ki, ölkəmizdə də müstəqil mətbuatın örnəkləri var”
Qarşıdan Azərbaycan milli mətbuatının 144-cü ildönümü gəlir.
Mətbuatımız mövcud durumu media mütəxəssislərini qane edirmi? Müasir mediamızın əsas problemləri nə ilə bağlıdır?
Moderator.az-a açıqlama verən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı milli mətbuatımızın inkişaf yolunun kifayət qədər keşməkeşli olduğuna diqqət çəkdi:
“Hər dövlətin gerbi, himni, sərhəddi olduğu kimi, ən vacib amillərdən biri də onun müstəqil mətbuatının olmasıdır. Hər bir ölkənin reytinqi, demokratik durumu və xalqın inkişaf səviyyəsi həm də onun müstəqil mətbuatının gücü ilə müəyyənləşir. Hesab edirəm ki, ölkəmzidə də müstəqil mətbuatın örnəkləri var.
Onu da qeyd edim ki, Azərbaycan mediasının çox şərəfli tarixi var. 144 illik bu tarixdə mediamız həm özünün müstəqillik dönəmini yaşayıb, həm də avtoritar idarəçilik sistemində özünü qoruyub saxlayıb. Birpartiyalı sistemdə jurnalistikanın dəyər və ənənələrini qorumağa çalışıb.
Bu gün ölkəmizin müstəqil mətbuatı var və bir neçə ildir ki, klassik mətbuat ənənələri üzərində yeni media yaranıb. Elektron media sürətlə inkişaf edir. Saytlar, ayrl-ayrı informasiya portalları formalaşır. Internet televiziyaları sürətlə çoxalır.
Çap medisının hazırkı durumuna gəlincə, bunu o qədər də yüksək dəyərləndirmirəm. Reklam bazarının kasadlığı, yayım məsələsindəki problemlər çap mediasının inkişafı üçün münasib şərait yaratmır. Ancaq bütün bunlarla yanaşı, dövlət çap mediasının ayqda qalması üçün öz dəstəyini göstərir və KİVDF tərəfindən onlara maliyyə yardılmları ayrılır. Dövlətimizin mətbuata dəstəyi təqdirediləsidir.
Hesab edirəm ki, gələcəkdə mediamızın inkişafı üçün daha əlverişli mühüit yaranacaq, reklam bazarı formalaşacaq. Reklam gəlirləri hesabına mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı