Ortaq media platforması Türk dünyasının gələcəyini qarantiya altına alacaq – Türkiyədə yaşayan azərbaycanlı jurnalist
11:04 13.09.2020
Media
1854
"Türkiyə Azərbaycan ortaq media platformasının yaradılması Türk dünyasının gələcəyini qarantiya altına alır".
Bunu Sherg.az-a aşıqlamasında Türkiyədə yaşayan azərbaycanlı jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, "Gazeteanka" xəbər portalının baş redaktoru Oktay Hacımusalı deyib.
Onun sözlərinə görə, son günlərdə Türkiyə ilə Azərbaycan arasında yaradılması müzakirə olunan Media Platforması zamanın tələbindən irəli gəlir.
O. Hacımusalı tarixdə hər zaman sevincli və kədərlı günlərində bir - birinin yanında olan Türkiyənin və Azərbaycanın media sahəsində ortaq hərəkət etmələrinin, düşmənə vahid media məkanında cavab vermələrinin, mövcud həssas geosiyasi vəziyyətə dair ortaq strateji yol xəritəsinə uyğun taktika müəyyənləşdirmələrinin bu dövrdə artıq olmazsa olmazlardan olduğunu vurğulayıb:
“Son vaxtlar baş verən Tovuz istiqamətində gedən döyüşlərdə Türkiyənin açıq - aşkar Azəebycanın haqlı mövqeyini dəstəkləməsi, Azərbaycan Prezident İlham Əliyevin bu günlərdə Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosu qəbul edərkən Türkiyəyə dəstək nümayiş etdirməsi, bütün bu faktların hamısı onu göstərir ki, artıq regionda Türkiyə və Azərbaycanın vahid mövqedən çıxış etmə yönündə əməkdaşlıqları intensivləşib. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyəyə səfər etməsi və qardaş ölkənin media strategiyasını müəyyən edən aparıcı şəxslələ və ölkənin əsas media qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi bu əməli addımın atılmağa başlanmasının əsas göstəricilərindəndir. Görünən odur ki, yaradılacaq ortaq media platformasında media sahəsində ən müxtəlif lahiyələr həyata keçiriləcək.
Həyata keçiriləcək layihələrin şübhəsiz ki, millətimizin, geniş mənada Türk dünyasının gələcəyi baxımından olduqca böyük önəm kəsb edəcəyindən əminəm. Çünki medianın keçdiyimiz iyirmi ildə necə sürətli bir yol qət etdiyinin hər birimiz şahidi olduq. Bu yöndən də dəyərləndirdiyimiz zaman Türkiyə və Azərbaycanın yaradacağı media platformasının önəmi bir daha diqqət cəlb edir. Qardaş Türkiyə Cümhuriyyətində yaşayan və fəaliyyət göstərən, Azərbaycan mediasında, xüsusən də beynəlxalq təcrübəyə malik bir jurnalist kimi mən də bu platformanın fəaliyyətində aktiv şəkildə iştirak etməyə hazıram. Çünki fərqindəyəm ki, bu platforma iki qardaş ölkənin, eyni zamanda Türk dünyasının gələcəyinə önəmli qatqılarda bulunacaq. Yaşasın Azərbaycan Türkiyə qardaşlığı, yaşasın Türk dünyası!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya