Orxan Camalın qətli ilə bağlı yeni təfərrüatlar: "Bizi maşından düşməyə məcbur etdilər"
09:21 30.09.2019
Media
680
Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalın Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilməsi ilə bağlı yeni məlumatlar açıqlanıb.
APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Dmitri Kiselyovun "Rossiya 1" telekanalında yayımlanan "Vestni nedeli" proqramında nümayiş olunan süjetdə bildirilib.
Jurnalist Aleksandr Roqatkinin MAR-dan hazırladığı reportajda qətl hadisəsinin yeganə şahidi, rusiyalı jurnalistləri daşıyan avtomobilin sürücüsü Benvenyü Dovokamadan müsahibə yayımlanıb. Sürücü rusiyalı jurnalistləri Sibut şəhərindən şimal istiqamətində apardığını, şəhərdən 20-25 km məsafədə iki silahlı şəxs tərəfindən saxlanıldıqlarını söyləyib:
"Bu zaman yol kənarından üzü bağlı daha bir neçə nəfər çıxdı. Bizi maşından düşməyə məcbur etdilər. Onlar müsəlman geyimində idilər. Ərəbcə danışırdılar. Müştərilərimdən biri onlarla ərəb dilində danışmağa başladı".
Sürücünün sözlərinə görə, silahlılarla ərəbcə danışan, mübahisə edən şəxs Orxan Camal olub: "Vəziyyət gərginləşirdi. Onlar bizi itələməyə başladılar. Sonra silahdan atəş açdılar. Müştərilərimdən ikisi yerə uzanmışdı. Üçüncü, bədəni iri olan isə müqavimət göstərməyə cəhd edirdi. Heç kəs görmədən mən maşına tərəf getdim, maşının bütün qapıları açıq idi. Tez maşına oturub sürüb getdim. Beləcə xilas oldum. Silahlı şəxslər maşını güllə yağışına tutmuşdular".
Sürücü hadisə yerindən qaçdığını və yaxınlıqdakı jandarmaya hadisə barədə məlumat verdiyini söyləyib.
Süjetdə hadisə ilə bağlı istintaqın davam etdirildiyi bildirilib. O da qeyd olunub ki, rusiyalı jurnalistlərin yerli cinayətkar qrup tərəfindən öldürülməsi ehtimalı yüksəkdir. Belə ki, məlum hadisədən 4 gün qabaq həmin silahlı şəxslər Bangi şəhərinə hücum edib, yerli sakinlərdən 40 nəfəri qətlə yetiriblər.
Süjetdə Orxan Camal və digər rusiyalı jurnalistlərin olduğu avtomobil də nümayiş olunub. Bildirilib ki, gülləbaran edilən avtomobil indiyə kimi İstintaq İdarəsində saxlanılır.
Qeyd edək ki, 2018-ci ilin yayında Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkmək üçün həmin ölkəyə səfər ediblər. Onları həmin qrupun yerləşdiyi bazaya, təlim məşq düşərgəsinə buraxmayıblar. Jurnalistlərin MAR-da fəaliyyət göstərmələri üçün akkreditasiyaları da olmayıb.
Jurnalist qrupunun MAR-na "Vaqner" barədə film çəkmək üçün rusiyalı müxalif milyarder Mixail Xodorkovski tərəfindən göndərildiyi bildirilib.
Xatırladaq ki, Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm