“Report”un fəaliyyətə başlamasından beş il ötür
06:42 25.10.2019
Media
627
“Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından beş il ötür. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən beş il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
“Report”un Türkiyə, Rusiya, Gürcüstan, Qərbi və Şərqi Avropa üzrə müxbir postları, habelə Azərbaycan üzrə Qarabağ, Cənub, Aran, Şirvan, Qərb, Şimal, Şimal-Qərb büroları fəaliyyət göstərir.
“Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiqləyib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən yüzlərlə informasiya resursu, o cümlədən, televiziya, radio, qəzet və xəbər saytları yayımlayır. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər nüfuzlu beynəlxalq KİV-lərin də diqqət mərkəzində olub.
“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.
"Şərq" qəzetinin kollektivi “Report” İnformasiya Agentliyinin kollektivini təbrik edir, daha böyük uğurlar arzulayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq