Rufik İsmayılov: "Sakinlərin qapısını bir-bir şəxsən özüm döymüşəm" - NAMİZƏD
Turan
08:35 29.11.2019
Media
2365
Tanınmış jurnalist, “Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov da bələdiyyə seçkisinə qatılıb. Jurnalistin namizədliyi 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi tərəfindən qeydə alınıb.
Bələdiyyə seçkisində iştirakı ilə bağlı Sherg.az-a danışan Rufik İsmayılov bildirib ki, seçkilərdə iştirak etmək, seçmək və seçilmək qanun çərçivəsində hər bir Azərbaycan vətəndaşının hüququ, haqqıdır.
Jurnalist sadəcə olaraq bu hüququndan yararlanmaq barədə qərar qəbul etdiyini deyib:
“Düşündüm ki, əgər bələdiyyədən asılı olan hər hansı yerli problemin həllini tələb etdiyim halda qarşı tərəf buna biganə yanaşırsa, problem həllini tapmırsa, o zaman özüm orada olmağa can atım. Həmin problemin həllinə çalışım, yaşadığım cəmiyyətə, rayona, məhləyə bu istiqamətdə də faydalı olum. Yəni, sırf bu məntiqlə, hansısa vəzifə, səlahiyyət, sərvət dalınca qaçmadan belə bir qərar qəbul etdim. Niyyətim, məramım, məqsədim sadəcə budur. Buna nail olub-olmayacağım artıq gələcəkdə bilinəcək”.
R.İsmayılov Nəsimi-Səbail Seçki Dairəsini seçməsinə də münasibət bildirib:
“Mən Bakı şəhəri, Əli bəy Hüseynzadə küçəsində daimi qeydiyyatdayam. Orada yaşamışam, 44 saylı orta məktəbi bitirmişəm, “Kubinka” kimi adlandırılan məhəllədə böyümüşəm. Düşündüm ki, elə bu ərazidən də namizədliyimi irəli sürüm. Mən heç bir siyasi partiya və ya təşkilatın üzvü deyiləm. Əvvəla bu, jurnalistikanın prinsipinə ziddir, digər tərəfdən də dövlətə, millətə, xalqa bağlı olmaq, ölkə başçısının siyasi kursunu dəstəkləmək üçün mütləq deyil ki, hansısa siyasi təşkilatın üzvü olasan. Bitərəf olaraq namizədliyimi irəli sürmüşəm”.
“Kaspi” qəzetinin əməkdaşı namizədliyi irəli sürdüyü gündən indiyə qədər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində hər hansı maneə ilə üzləşmədiyini söyləyib:
“Əksinə, qanunvericiliyin tələbi olan, mənim bilmədiyim bəzi məqamları da onlardan öyrənmişəm. Namizədliyimin qeydə alınması üçün 150 seçici imzası tələb olunurdu. Mən də DSK-ya 194 imza təqdim etdim. Hardasa 30-40 imzanı öz qonşularımızdan, oradakı qohumlardan, sinif yoldaşlarımdan şəxsi münasibətlərə görə aldım. Yerdə qalan bütün imzaları toplamaq üçün DSK-nın əhatə etdiyi ərazidəki sakinlərin qapısını bir-bir şəxsən özüm döymüşəm. Məqsədimi, məramımı çatdırmışam, onların dəstəyini almışam. Sakinlərin haqlı iradları, etirazları ilə də üzləşmişəm. Ancaq bu, məni ruhdan salmayıb, vətəndaşla, gələcək seçicimlə üzləşməkdən çəkindirməyib. Sonda lazım olduğundan da artıq sayda imza toplaya bilmişəm. DSK həmin imzalardan cəmi 12-sini etibarsız saydı. Buna da səbəb həmin imza sahiblərinin həmin ərazidə qeydiyyatda olmaması idi. Yeni şəxsiyyət vəsiqələrində dəqiq ünvan göstərilmədiyi üçün vətəndaşdan orada qeydiyatda olub-olmadığını soruşmuşdum, o da təsdiqləmişdi ki, qeydiyyatdayam. Mən də inanıb imzasını almışdım. Ümumilikdə 182 etibarlı imza toplayıb namizədliyimi qeydə aldırdım. Nə namizədliyimin irəli sürülməsində, nə də qeydiyyata alınmasında hər hansı çətinliklə, problemlə üzləşmədim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət