"Sağalıram, yenidən yazıb yaratmaq üçün gün sayıram” - Səbuhi Məmmədli
12:19 06.12.2022
Media
1498
"Möcüzə nəticəsində həkimlər həyatımı xilas etdilər"
A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alan jurnalist Səbuhi Məmmədli səhhəti ilə bağlı “Sherg.az” a danışıb.
Noyabrın 24- də Topçubaşov adına ECM-də sağ ayağının ambutasiya olunduğunu xatırladan S. Məmmədli əməliyyatının xəstəxananın ən yaxşı cərrahları tərəfindən aparıldığını deyib: “Bilirsiniz ki, böyrəklərimdə kreatinin miqdarı yüksək idi, şəkər, ürək çatışmazlığı, ağciyərimdə problemlər var idi. Amma ayaqlarımdakı qanrenadan xəbərsiz idim. Bu da həyatım üçün ciddi təhlükə yaratmışdı.
Ona görə də təcili əməliyyat etdilər və ayağımı kəsdilər. Hətta deyərdim ki, möcüzə nəticəsində həkimlər həyatımı xilas etdilər. Məni ölümdən xilas etdikləri üçün ECM-nin baş direktoru Rauf Ağayev başda olmaqla əməliyyatımda iştirak edən baş həkim Mirzəliyev İsmayıla, ümumi cərrah Babayev Ceyhun o cümlədən əməliyyat və daha sonra müalicə prosesimdə yaxından iştirak edən bütün tibb işçilərinə öz minnətdarlığımı bildirirəm. Burada xəstələrə ən yüksək səviyyədə xidmət göstərilir. Tibbi xidmətlərlə yanaşı, kifayət qədər diqqət və qayğı ilə də əhatə olunuram. Hər birindən çox razıyam və çəkdikləri əziyyətə görə öz minnətdarlığımı bildirirəm.
Səhhətimlə bağlı məsələni diqqətdə saxlayıb mənə bu şəraiti yaratdığı üçün TƏBİB-ə xüsusi minnətdarlığımı bildirirəm. İşlədiyim “APA”Holdinqə təşəkkür edirəm. İlk gündən mənə maddi və mənəvi dayaq olduğuna görə sağ olsun. Həmçinin MEDİA, Mətbuat Şurası diqqət və qayğısını əskik etmədi. Gözlədiyim, gözləmədiyim bütün həmkarlarımdan diqqət gördüm. Yüzlərlə həmkarım zəng edib, mənəvi dəstək oldular. Bütün bunlar da mənə mənəvi güc verir, sağalma prosesini daha da tezləşdirir”.
Səhətinə gəldikdə isə həmkarımız artıq yaxşılığa doğru getdiyini deyib: “Ayağım artıq sağalmaq üzrədir. Amma xroniki böyrək çatışmazlığından əziyyət çəkdiyim üçün dializ olunuram. Ümid edirəm ki, qısa zamanda sağalıb işimin başına qayıdacam. Yenidən yazıb yaratmaq üçün gün sayıram”.
A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ümumi şöbə müdiri Ramil Məmmədli də “Sherg.az”a açıqlamasında Səbuhi müəllimin səhətinin yaxşı olduğunu, müalicəsində çox ciddi irəliləyişlər hiss olunduğunu deyib:
“Demək olar ki,hər gün onun səhhəti ilə maraqlanıram, tez- tez özünü ziyarət edirəm. S. Məmmədlinin xətrini hər birimiz çox istəyirik. Bizim üçün çox dəyərlidir. Bilirsiniz ki, Səbuhi müəllimin sağ ayağında dizdən aşağı çürümə getdiyi üçün ayağı kəsilib.
Eyni zamanda dializ olunduğu üçün A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicəsi davam edir. Bir ayağının amputasiya olunması çox üzücü olsa da, bu onu ruhdan salmayıb. Tezliklə sağalıb işə getməyi, cəmiyyət üçün faydalı yazılar yazmağı arzulayırıq . Hələlik müalicəsi davam etdiyi üçün evə nə vaxt çıxacağı ilə bağlı həkimlər dəqiq məlumat verməyib”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya