“Təkcə torpaqlar deyil, efir məkanı da işğaldan azad olunur”
“Təkcə torpaqlar deyil, efir məkanı da işğaldan azad olunur”
Yusif Nəzərli
09:08 26.10.2021
Media
709
“Proseslər digər rayonlarda da bərpa olunacaq”
“Nəzərdə tutulan məqsədyönlü infrastruktur problemidir, addım-addım gerçəkləşdirilir. Biz də bu uğulara sevinirik”
Xəbər verdiyimiz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyi Qubadlı rayonunda televiziya və radio yayımını təmin edib.
Nazirlikdən bildirilib ki, Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla səkkiz TV və iki radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.
İndiyədək işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım stansiyalarının fəaliyyətinin bərpası istiqamətində bir sıra işlər həyata keçirilib.
Belə ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılmaqla 31 dekabr 2020-ci il tarixindən etibarən Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələri TV və radio yayımı ilə təmin olunub. Bununla yanaşı, 4 oktyabr 2021-ci il tarixində Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində səkkiz TV və bir radio proqramının yayımı bərpa edilib.
Bundan əlavə, cari ilin 20 oktyabrında Zəngilan rayonunda Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla səkkiz TV və iki radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımına başlanılıb.
Hazırda işğaldan azad olunmuş digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri stansiyasında bərpa işlərinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.
Mövzu ilə bağlı BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “sherg.az”a danışıb. O, işğaldan azad olunan ərazilərdə teleradio yayımının fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Həmin yerlərdə infrastruktur yaradılır, insanlar məskən salır, əhali sıxlaşır. Ona görə onların informasiya ilə təmin olunması çox önəmlidir. Çünki əvvəllər həmin ərazilər Ermənistan, İran ərazisindən ötürülən dalğalarla yaşayıb. İndi Azərbaycan özünün efir məkanını bərpa edir.
Yerüstü televiziya kanallarının verilişləri ora ötürücü qurğular vasitəsilə çatır. Təkcə torpaq işğaldan təmizlənmir, həm də efir məkanı işğaldan azad olunur. Proseslər digər rayonlarda da bərpa olunacaq.
Nəzərdə tutulan məqsədyönlü infrastruktur problemidir, addım-addım gerçəkləşdirilir. Biz də bu uğurlara sevinirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya