Təşkilat sədri: "İndi fəaliyyətlərini dəyişərək sosial şəbəkələr, internet televiziyaları üzərindən iş görürlər"
Fidan Həmişəyeva
13:27 22.08.2019
Media
769
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov xaricdə fəaliyyət göstərən siyasi mühacirlərlə bağlı feysbuk hesabında paylaşım edib. O, bildirib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır:
“Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.
Maraqlıdır, ölkəmizə qarşı təbliğat aparan mühacirlərin sahibi olduğu internet televizyalarının maliyyə mənbəyi haradan qaynaqlanır?
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Sherg.az-a bildirdi ki, Azərbaycana qarşı belə hücum kampaniyaları həmişə olub. Ölkəmiz müstəqilliyini elan etdikdən və demokratik inkişaf yoluna çıxdıqdan sonra bu cür təzyiqlərlə üzləşib:
“1990-cı ildən başlayaraq bu günə qədər belə təzyiqlər davam edir. Sadəcə olaraq təzyiqlərin forması dəyişir. Məsələn, xaricdə olan bəzi mərkəzləri qeyri-hökümət təşkilatları (QHT) vasitəsilə Azərbaycana təzyiqlər göstərirdilər. Həmin QHT-lər isə bunun üçün radikal mərkəzlərə milyonlarla vəsait ayırırdılar. Adını da qoyurdular ki, guya həmin mərkəzlərə hansısa sosial tədbirlər gördükləri üçün qrant verirlərlər. Amma hər kəs bilirdi ki, qrant adı altında gələn həmin vəsaitlərdən əslində ölkədə iğtişaş törətmək məqsədi ilə istifadı olunur. Bundan əvvəl isə başqa vasitələrə əl atırdılar”.
M.Ələsgərli bildirib ki, qanunvericiliyimizə qrantlarla bağlı dəyişiklik edildi və şəffaflıq artırıldı. Beləliklə şəffaflığın artırılması radikal qruplara sərf etmirdi, çünki onlar ifşa olunurdular:
“Ona görə də indi fəaliyyətlərini dəyişərək sosial şəbəkələr, internet televiziyaları üzərindən iş görürlər. Əli müəllim olduqca haqlıdır. Bəzi adamlar elə təəsürat yaradırlar ki, onlar gecə-gündüz oturub sosial şəbəkələr vasitəsilə yalançı və qərəzli təbliğat aparırlar. Onda sual yaranır ki, bunlar harada işləyir və necə əmək haqqı alırlar, yaşayış xərclərini necə ödəyirlər və texniki vasitələri haradan alırlar? Avropada yaşamaq və texniki avadanlıqları almaq müəyyən maliyyə tələb edir. Amma həmin şəxslərin heç biri maliyyə vəsaitləri haqqında açıqlama vermirlər. Beləliklə qaranlıq məqamlar ortaya çıxmış olur ki, onlara sponsorluq edən mərkəzlər var. Həmin mərkəzlər ölkəmizə qarşı qərəzli kampaniyalar aparmaqda olduqca maraqlıdırlar. Təbii ki, bütün bunlar yeni deyil. Azərbaycanın əleyhinə hər zaman belə qarayaxma kampaniyaları həyata keçirilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı